Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

“Şeyx Əbdülün gülməli xilaskarlığı: o nə istəyir?” VİDEO

“Şeyx Əbdülün gülməli xilaskarlığı: o nə istəyir?” VİDEO

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV Yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 47-ci buraxılışının yazılı variantını təqdim edir.


Ermənistanla müharibə qorxusu

– Bildiyiniz kimi, Paşinyan yeni konstitusiya layihəsini təqdim etdi və məsələ çox böyük müzakirələrə səbəb oldu. Sosial şəbəkələrdə keçirilən müzakirələrdə ermənilərin yazdığı şərhləri oxumaq imkanım oldu və bir şeyi özüm üçün aydınlaşdırdım. İnsan həm də öz düşməninə bənzəyir. Ermənilər də bizə bir çox cəhətdən bənzəyirlər. Bu əsasən Yusif Sərrac kompleksidir. Yəni, padşah baş kəsməlidir, qan tökməlidir, xərac almalıdır, nəinki, onların öz sözü ilə desək, gəlib parlamentdə meymunluq eləmək...

Paşinyanın konstitusiyanı referenduma çıxmaq üçün 6 səsə ehtiyac duysa da, israrlı görünür, bütün hallarda öz yolunu axıracan gedəcəyini bildirir. Hətta bu onu istefaya aparsa da. Deyir, referendum sülhü seçsə, missiyamı başa vurub gedəcəyəm, seçməsə, Ermənistan xalqının iradəsi ilə gedəcəyəm.

O bu məsələdə müxlifəti əməkdaşlığa çağırır. Ümid edək ki, istədiyini həyata keçirəcək. Yoxsa konstitusiyası Azərbaycanın və qardaş Türkiyənin ərazilərini təhdidi edən bir ölkə ilə sülh bağlamağımızın heç bir mənası olmaz və bu vəziyyət şəxsən mənim canımda yeni bir müharibə qorxusu gəzdirir.

Aparıcılar gündəmdə...

– Həftə boyu aparıcılar gündəmi zəbt edib. Fira Cəlilovanın bağ evində keçirilən əməliyyat indi bu saatlarda çox qığın müzkirə olunur. Lakin mən bu haqda bir söz deyə bilmirəm, çünki məlumat yetərli qədər deyil. Yəqin, yaxın zamanlarda məsələ ilə bağlı obyektiv və ətraflı xəbər veriləcək.

Lakin faciəvi şəkildə həlak olan aparıcı Ada Süleyman haqqında öz mülahizələrimi bölüşə bilərəm.

Məni izləmisinizsə, yazılarımda da, müshibələrimdə də, video çıxışlaırmda da deyirəm ki, sosial məzmun daşımayam heç bir hadisə bizim üçün maraqlı olmamaılıdır. Doğrudan da bir insanın şəxsi həyatı, kiminlə sevgili olması, kiminlə yaşamsı, kiminlə ölməsi, bizə maraqlı deyil. Çünki bu məslələrin heç bir ictimai yükü yoxdur. Nəinki əlimizdə fakt olmaya-olmaya dünyasını dəyişən gənc bir xanım haqqında xoşgəlməz ifadələr işlətmək, tərbiyəsiz sözlər danışmaq...

Lakin məncə problem burda da deyil. Biz problemi Ada xanıma, ümumiyyətlə nisbətən yaxşı yaşayan, təminatlı həyat sürən, bahalı maşınlarda gəzən insanlara kütləvi qəzəbin səbəbində axtarmalıyıq. Bəziləri paxıllıq deyir. Paxıllıq da deyil.

Azərbaycanda sosial bərabərsizlik, sosial ədalətsizlik hökm sürür. Hətta bəzi hallarda bərabərsizlik və ədalətsizlik sözləri reallığı tam ifadə etmir. Söhbət sosial dözülməzlikdən gedir. Belə vəziyyətdə ehtiyac içərisində yaşayan çoxluq adi bir aparıcının, adi bir məmurun dəbdəbəli həyatına özündən oğurlanmış imkanlar kimi baxır. Əlbəttə, nə qədər haqlıdır, deyə bilmərəm. Əlbəttə, qəzəb və etiraz üçün ciddi səbəblər var, lakin çox vaxt bu qəzəb və etiraz üçün yanlış ünvan seçirlər. Məncə, Ada Süleyman da belə yanlış ünvanlardandır. Allah günahlarını bağışlasın. Ruhu şad olsun.

– Mübariz Əhmədoğlunun Borçalı qalmaqalı

Bir dəfə mərhum şair Zəlimxan Yaqub Borçalının məşhur “Mansırı” havasına qulaq asırdı, gördüm ağlayır. Könlünü almaq istədim. Dedi, mən bu saz havasına sadəcə musiqi kimi qulaq asmıram, bu, Gürcüstanda yaşayan azərbaycanlıların dərdini, əzablarını dilə gətirir.

Gürcüstanda azərbaycanlıların vəziyyəti o vaxtdan kədərlidir. Borçalı doğrudan da vətənimizin inildəyən bir parçasıdır. Son vaxtlar hamımız oralar haqqında ürək ağrıdan faktlar eşidirik. İranın dini xurafatı hər Gürcüstanın az qala hər yerində kölgə kimi dolaşmaqdadır.

Bu həftə siyasi şərhçi Mübariz Əhmədoğlu bu məsələdən danışdı, ancaq gürcüstanlılar haqda qeyrti-korrekt ifadələr işlətdi. Buna görə böyük etiraza səbəb oldu. İndi gürcüstanlılar iki ayağını bir başmağa dirəyib ki, Mübariz müəllim bizdən üzr istəməlidir, Mübariz müəllim isə işlətdiyi ifadələri bütün gürcüstanlılar haqqında deyil, məscidlərdə İrana dua edənlər haqqında işlədiyini deyir.

Böyük bir cəmiyyət haqqında “ar olsun” deməsi mənim də xoşuma gəlmədi, lakin gəlin etiraf edək: əgər Mübariz Əhmədoğlu belə sərt ifadə işlətməsəydi, bu məsələ bu qədər müzakirə olunmayacaqdı. Hətta bəlkə buna görə Mübariz müəllimə təşəkkür düşür.

Həm də məncə “ar olsun, xəcalət çəksin” ifadələri o qədər də ağır ifadələr deyil. Burada təhqirdən çox, sərt bir tənbeh var. Məncə, biz sözlərin başına ip salmaqla diqqəti problemdən yaındırırıq. Həm də bu mövzularla öz balığını tutan işbazların əlinə fürsət veririk. Axı problem Mübariz Əhmədoğlunun hansı sözü işlətməsində deyil. Tutalım üzr istədi, bununla Gürcüstan azərbaycanlılarının üzləşdiyi problem həll olunur? Olunursa, biz də xahiş edərik və məncə, o da imtina etməz.

Biz kimin nə deməyinə yox, problemin həllinə fokuslanmalıyıq. Bunun üçün isə aidiyyatı orqanlar və ziyalılar çıxış yolları axtarmalıdır.

“Gülüstan”da dəbdəbəli toy

– Rus yazıçı Vladimir Sorokin deyir ki, postsovet ölkələrinin modern dünyaya adaptasiyası üçün sovet havası dəyən nəsil tamam dəyişməlidir. Tanınmış elm xadimi, profesor Şahlar Əsgərovun səsləndirdiyi bir fikir bu qənaətə haqq qazandırır. O, “91-lər”dən olan millət vəkili bir xanımdan söz açır, ad çəkmir, lakin hamımız bu şəxsin Zeynəb Xanlarova olduğunu bilirik. Çünki “91-lər”in içərisində övladına “Gülüstan” sarayında toy edən xanım yalnız odur. O vaxt toy o qədr dəbdəbəli keçib ki, mərhum prezident Heydər Əliyev məsələyə qaırışıb, toplantı keçirib və insnaların çətin vəziyyətdə yaşadığı bir vaxtda belə israfşçılığa yol verməyin doğru olmadığını bildirib.

Əlbəttə, biz Heydər Əliyevin mütəvaze həyat yaşadığını bilirik. Öz yubileylərini də keçirmirdi. İclaslarda nazirlərin qol saatının quiymətini soruşmasını da görmüşük. Bütün bunlar alqışa layiqdir. Lakin bu söhbətdən 20-25 il sonra da bir elm xadiminin məsələyə eyni çərçivədən yanaşması adama qəribə gəlir.

Bəlkə, hörmətli professor adamlar arasında getdikcə dərinləşən sosial uçurumun səbəblərini aradan qaldırmaqdan danışsın? Nəinki var-dövlətimiz çox olsun, onu olmayanlara göstərməyək məntiqini nümunə kimi təkrar-təkrar vurğulamaq.

Şeyx Əbdül və milli kinomuz

– Xalq artisti Əbdül Mahmudbəyov – Şeyx Əbdül “Qış parkı” salınarkən zərə görmüş evinin təmiri ilə bağlı Bakı merinə müraciət edib. Biz Xalq şairi Qabildən üzübəri adının qrşısında “xalq” titulu gəzdirənlərin çoxunu həmişə belə maddi məsələlərə həssas görmüşük.

Bu müraciət Şeyx haqqında çoxdan bəri beynimdə formalaşan bəzi fikirləri demək zərurərti yaratdı.

İlk növbədə məni onun Şeyx adı düşündürür. Bu adı ona kim verib? Azərbaycan tarixində yalnız Nizamiyə şeyx deyiblər. Əbdül müəllimə niyə deyirlər? Şəxsən mən onun çıxışlarında Şeyxlik heç nə gpörməmişəm.

Müsahibələrinin birində jurnalist soruşur ki, sizi narahat edən ən vacib problem nədir? Deyir, milli-mənəvi dəyərlərimizin məhv olması. Axı bir rejissoru, aktyoru, bir səhnə adamını niyə milli-mənəvi dəyərlər bu qədər narahat etməldiir? Sən din xadimi deyilsən, bu məsələlərlə məşğul olan təşkilat rəhbəri deyilsən, hanınsa milli irs fondunda işləmirsən. Sənin işin çəkmək və oynamaqdır. Milli-mənəvi dəyərlərə qalanda, xalqımız üz-gözünə boya yaxıb səhnəyə çıxmağı mütriflik sayıb. Bizim milli-mənəvi dəyərlərimizdə kino və teatr anlayışı yoxdur.

Bir sənət və səhnə adamının milli-mənəvi dəyərlərə bu qədər bağlılğı insanda sadəcə gülüş doğurur.

Və adam bu düşüncə ilə Şah İsmayəl Xətai haqda 4, Natəvan haqda 2, Qacar haqda 2 və erməni yalanları haqda 2 sriyalı film ssenarisi yazıb, üstəlik çəkiliş üçün bu layihələrə vəsait istəyir.

Arada milli kinomuzu dirçəltmək üçün xüsusi komisiyya yaratmışdı. Üzvləri də Ayaz Salayev, Ramiz Rövşən, Ramiz Həsənoğlu, Hüseyn Mehdiyev... Yəni Azərbaycanda kinonun inkişafına mane olan ən möhtəşəm beşlik... Təbii, özü də daxil olmaqla... Hətta bu ən möhtəşəm beşliyin də Şeyxin təklifini yumorla qarşıladığına şübhə etmirəm. Təsəvvürümə gəlir, Hüseyn Mehdiyev Ramiz Rövşənbə zəng vurur, deyir, eşitdin də, Əbdül Mahmudbəyov milli kinomuzu xilas etmək üçün komissiya yaradıb, bizi də üzv eləyib. Ramiz müəllim isə gülə-gülə cavab verir: “Şeyxdir də, yəqin yenə nəsə istəyir...”



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Noyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri