Maşın sürmək ürəyə necə təsir edir? Görünməyən təhlükə
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Avtomobil idarə etmək fiziki baxımdan hərəkətsiz fəaliyyət hesab olunsa da, insan orqanizminə düşündüyümüzdən daha çox təsir göstərə bilər.
Turkustan.az xəbər verir ki, yeni araşdırma göstərib ki, sükan arxasında tələb olunan daimi diqqət və ayıqlıq ürək döyüntüsünün uzun müddət istirahət səviyyəsindən yüksək qalmasına səbəb olur.
ABŞ-ın Hyuston Universitetinin kompüter alimi İoannis Pavlidis və komandası avtomobil idarə etməyin insan orqanizminə təsirlərini araşdırıb.
“npj Digital Public Health” jurnalında dərc olunan tədqiqatda orta yaşı 26,2 olan 30 kişi və 27 qadın iştirak edib. Onlar bir həftə ərzində müşahidə altında saxlanılıb.
Ağıllı saatlar, telefonlar və avtomobil cihazlarından əldə edilən, ümumilikdə təxminən 3 min saatlıq məlumatların təhlili göstərib ki, iştirakçılar vaxtlarının 10,4 faizini avtomobil idarə etməyə, 86,4 faizini isə digər oturaq fəaliyyətlərə sərf ediblər.
Araşdırma zamanı məlum olub ki, avtomobil idarə edərkən və masa arxasında oturarkən orta ürək döyüntüləri bir-birinə yaxın olsa da, ürəyin fəaliyyəti baxımından ciddi fərqlər mövcuddur. Digər oturaq fəaliyyətlər zamanı iştirakçıların ürək döyüntüləri vaxtın 81 faizində istirahət səviyyəsindən yüksək olub. Sükan arxasında isə bu göstərici 94 faizə çatıb.
Bundan əlavə, avtomobil idarə edərkən ürək döyüntülərinin dəyişmə diapazonunun daraldığı və ürəyin istirahət ritminə qayıtma tezliyinin digər oturaq fəaliyyətlərlə müqayisədə iki dəfə azaldığı müəyyən edilib.
Həm iş günlərində, həm də həftəsonlarında müşahidə olunan bu vəziyyət avtomobil idarə edərkən tələb olunan davamlı diqqət, ətraf mühitin qavranılması və istənilən anda reaksiya verməyə hazırlıqla əlaqələndirilir.
Tədqiqatçılar qeyd edirlər ki, avtomobil idarə edərkən ürək döyüntüsünün uzun müddət yüksək qalmasının birbaşa zərərli olduğunu təsdiqləyən qəti sübutlar yoxdur. Bununla belə, bu vəziyyətin uzunmüddətli sağlamlıq riskləri yarada biləcəyi ehtimal olunur.
Fiziki məşq zamanı ürək döyüntüsünün artması ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərir. Lakin sükan arxasında yaranan gərginlik eyni faydanı təmin etmir.
Tədqiqatın aparıcı müəllifi İoannis Pavlidis bildirib ki, gündəlik avtomobil idarə edərkən ürək döyüntüsünün uzun müddət yüksək qalması onun uzunmüddətli sağlamlıq nəticələri baxımından diqqətlə araşdırılmalıdır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Noyabr 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















