Icma.az
close
up
RU
“Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra” Səxavət Əlisoyun kitabı təqdim olundu

“Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra” Səxavət Əlisoyun kitabı təqdim olundu

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Uzun illər ictimai-siyasi proseslərin aktiv iştirakçısı olmuş tanınmış həkim, publisist Səxavət Əlisoyun "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabının təqdimat mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, ictimai-siyasi fəallar, elm adamları, jurnalistlərin iştirak etdiyi tədbirdə əsasən Azərbaycanın son bir neçə on iliklərdə yaşadığı hadisələrdən bəhs olunub.
Kitabın ön söz müəllifi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, Səxavət Əlisoyun müəllifliyilə işıq üzü görən "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" nəşrini ictimai-siyasi hadisələrin tarixi salnaməsi adlandırmaq olar.
“Müəllif kitabda ciddi siyasi burulğanlardan keçərək meydana çıxmış müstəqil dövlətimizin tarixini yazarkən yalnız quru faktları deyil, həm də ideoloji, mədəni və mənəvi tərəfləri də diqqətdə saxlayıb”, - deyən Q.Məhrrəmli əsərin yaxın tariximizə ətraflı işıq saldığını qeyd edib.
Onun qənaətinə görə, "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabı gənclərə dövlətçilik şüurunun aşılanmasında çox böyük rol oynayacaq.
Almaniyada yaşayan tarixçi Ələsgər Siyablı Səxavət Əlisoyun kitabını siyasi publisistika yanrında yazılmış və çağdaş Azərbaycanın tarixindən bəhs edən ən yaxşı əsərlərdən biri adlandırıb. Onun sözlərinə görə, müəllif kitabda müasir tariximizin önəmli hadisələrini təhlil edərək, siyasi icmal formasında oxuculara təqdim edib:
“İnanıram ki, Səxavət Əlisoyun Azərbaycanın çağdaş siyasi tarixinin təhlilinə həsr olunmuş bu kitabını oxucular böyük maraqla qarşılayacaqlar”.
Tədbirdə çıxış edən ictimai-siyasi fəallar Bədrəddin Quliyev, Tapdıq Abbas, İlham Hüseynov və digərləri "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" kitabının real faktları əks etdirdiyini, müəllifin siyasi təhlillərdə tərəfsizliyi, obyektivliyi qoruduğunu vurğulayıblar.
Sonda çıxış edən müəllif Səxavət Əlisoy bildirib ki, kitabda müstəqil Azərbaycana rəhbərlik edən şəxslərin dövlət və dövlətçilik naminə gördükləri işləri maksimum obyektivliklə oxucuların diqqətinə çatdırıb.
“Bu 33 ildə dövlətin keçdiyi mürəkkəb, çətin, əzablı və ləyaqətli yolu bilgilərimə, həyat təcrübəmə, gördüklərimə, yaşadıqlarıma, şahidlik etdiyim olaylara söykənərək anlatmaq istədim...
Kitabda obyektivlikdən, reallıqdan, həqiqətdən uzaq bir cümləyə belə rast gəlməyəcəksiniz. Gəlsəniz, açıq-aşkar iradınızı bildirə bilərsiniz. Kitabın oxucularda, xüsusilə gənc nəsildə dövlətçilik şüurunun formalaşmasında az da olsa, rol oynayacağı qənaətindəyəm...

Dövləti “ev” olaraq görməyin, bu evin inşasının, inkişafının, qorunmasının hər bir vətəndaşın müqəddəs görəvi olduğunu yazdım. Kitab müstəqil Azərbaycan dövlətinin son 33 ilinə (1991-2024) dair bir dəyərləndirmədir. Ümid edirəm ki, hər bir oxucu bu kitabdan özü üçün nəsə götürəcək...”

Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri