Icma.az
close
up
RU
Dövlət Agentliyində vəzifəyə təyin olundular

Dövlət Agentliyində vəzifəyə təyin olundular

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə yeni təyinatlar olub.

Bu barədə Ölkə.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin məlumatına görə, 16 yanvar tarixli əmri ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı tədris işləri üzrə, Quliyev Aslan Ələddin oğlu isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, X.Xudiyevaya həm də kollecin direktoru vəzifəsi həvalə edilib.

Xoşqədəm Quliyeva Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub. O, 2010-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.

Aslan Quliyev ümumi təhsilinə Gəncə şəhər 18 saylı tam orta məktəbdə başlayıb, daha sonra isə Gəncə Özəl Türk liseyini fərqlənmə attestatı ilə bitirib. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 2017-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində yerləşən məktəb və liseylərdə pedaqoji fəaliyyətlə məşğul olub. 2021-2023-cü illərdə Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator, daha sonra icraçı direktor, 2023-cü ildə Avropa Azərbaycan Məktəbində tədris üzrə müdir müavini kimi çalışıb.

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri