Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“Dövlət auditi” sisteminin yaradılması nə vəd edir? AÇIQLAMA

“Dövlət auditi” sisteminin yaradılması nə vəd edir? AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycanda yeni elektron sistem- “Dövlət auditi” informasiya sisteminin (DAİS) yaradılacaq. DAİS rəqəmsal texnologiyalardan istifadə yolu ilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini nəzərdə tutur. Yeni sistemin yaradılmasında əsas məqsəd elektron kənar auditdən istifadə və dövlət vəsaitlərindən istifadə şəffaflığın daha da artırılmasıdır.

Beynəlxalq qurumların və xüsusən də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) əsas tövsiyyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır. Bir sıra maliyyə məlumatlarının elektronlaşmaması və inteqrasiya olunmaması Hesablama Palatası tərəfindən bu audit növündən istifadə edilməsinə imkan vermirdi. Halbuki, İNTOSAİ da peşəkar inkişafda ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri çərçivəsindən kənara çıxmanı və elektron məlumatların emalını birmənalı şəkildə qeyd edir.

Bəs yeni sistemin yaradılması nə vəd edir?

Bakıvaxtı.az-ın məlumatına görə, deputat Vüqar Bayramov bildirib ki, DAİS birmənalı şəkildə dövlət vəsaitlərindən daha səmərəli istifadəni hədəfləyir. Onun sözlərinə görə, bu Azərbaycanda informasiya texnologiyası auditinin tətbiqinə imkan verəcək:

"2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bunun əsas səbəblərindən biri də inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır. Yeni sistemin yaradılması kənar maliyyə nəzarətini gücləndirəcək və bu da dövlət vəsaitlərindən istifadədə şəffaflığı artıracaq".

Deputat qeyd edib ki, Hesablama Palatasının rəyinə görə, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu dövlət satınalamlarının inteqrasiya edilmiş elektronlaşdırılmasını və süni intelektdən istifadəni daha da aktuallaşdırır.

"Yeni audit sisteminin formalaşması dövlət vəsaitlərinin istifadəsi səmərəliliyinin gücləndirilməsində yeni mərhələ kimi qiymətləndirilir. Bu daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılması deməkdir", - Vüqar Bayramov əlavə edib.

Nərgiz Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Avqust 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri