Icma.az
close
up
RU
DÖVLET BAHÇELİDƏN KRİTİK AÇIQLAMA... İstiqamətimiz aydındır: Başda Azərbaycan olmaqla...

DÖVLET BAHÇELİDƏN KRİTİK AÇIQLAMA... İstiqamətimiz aydındır: Başda Azərbaycan olmaqla...

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşü çərçivəsində keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq"

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin dövr sədrliyi dövründə qarşıda duran prioritetləri açıqlayıb. O, Türk dünyasında birliyin möhkəmləndirilməsinin, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin və hər bir ölkənin suverenliyinə hörmət prinsipinin qorunmasının vacibliyini vurğulayıb.

Bahçeli oktyabrın son həftəsində Ankarada keçiriləcək TDT Zirvə Görüşünün tarixi əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycan-Türkiyə qardaşlığının Türk dünyasının birliyi baxımından mühüm rolunu önə çəkib.

“AzPolitika.info” Dövlət Bahçelinin Türk Dövlətləri Təşkilatı və Türkiyənin dövr sədrliyi ilə bağlı mətbuat açıqlamasını təqdim edir:

"Dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi inkişaf səviyyəsi Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.

Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və müştərək gələcək təsəvvürümüzün institusional əsasına çevrilmişdir. Adriatik dənizindən Çin səddinə qədər uzanan geniş Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni bir dövr formalaşmaqdadır.

Müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla, bir çox sahədə əməkdaşlıq imkanlarının artması Türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili hüquq sisteminə hörmət prinsipi dayanır. Hər bir Türk Cümhuriyyəti müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasında əməkdaşlıq bu suverenlik anlayışına əsaslanır, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar zəminində inkişaf edir.

Egey dənizindən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn hər cür yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır.

Türkiyənin Türk Dövlətləri Təşkilatına dövr sədrliyini öz üzərinə götürməsi də mövcud proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu prosesin ən möhkəm dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərin fövqündə dayanaraq xalqlarımızın ortaq yaddaşına və könül birliyinə söykənir.

Bu baxımdan, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşü çərçivəsində keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq.

Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü bu baxımdan tarixi əhəmiyyət daşıyır. Zirvə görüşündə dövr sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi ilə Türkiyə Türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm məsuliyyət daşıyacaqdır.

Türkiyə tarixi irsi, dövlətçilik təcrübəsi, iqtisadi potensialı, diplomatik gücü və Türk dünyası ilə qurduğu möhkəm əlaqələr sayəsində Təşkilatın inkişafında mühüm mövqeyə malikdir.

Dövr sədrliyi müddətində Türkiyənin qarşısında geniş fəaliyyət gündəliyi dayanır.

Nazirliklər, dövlət qurumları, universitetlər, yerli özünüidarəetmə orqanları, peşə təşkilatları və vətəndaş cəmiyyəti institutları öz fəaliyyət sahələri üzrə Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyon Sənədinə uyğun olaraq konkret, davamlı və nəticəyönümlü layihələr hazırlamalıdırlar.

İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” anlayışı bu gün də Türk dövlətləri arasındakı münasibətlərin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi baxımından öz yolgöstərici mahiyyətini qoruyur.

Bu çərçivədə təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq mexanizmləri gücləndirilməli, Türkiyənin bilik və təcrübəsi, institusional potensialı Türk dünyasının ortaq inkişaf hədəfləri istiqamətində səfərbər edilməlidir.

Türk dünyasının malik olduğu potensial dövlətlərimizin mövcud imkanlarının cəmindən daha böyük məna daşıyır. Bu potensialın real gücə çevrilməsi ortaq ağıl, səmərəli koordinasiya, qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli strateji baxış sayəsində mümkündür.

Türkiyənin dövr sədrliyi də məhz bu yanaşmanın konkret nəticələrə çevrildiyi bir mərhələ olmalıdır.

İstiqamətimiz aydındır: Başda Azərbaycan olmaqla, Türk dünyası arasındakı qardaşlıq hüququna və mənəvi bağlara xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyət şüuru ilə ortaq gələcəyimizi qurmaq, Türk və Türkiyə Əsri hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir.

Türkiyə Türk Dövlətləri Təşkilatına dövr sədrliyi müddətində tarixindən aldığı güc, dövlətçilik təcrübəsi və gələcəyə baxışı ilə Türk dünyasının birlik, həmrəylik və yüksəliş hədəflərinə töhfə verməyə davam edəcəkdir.

Dövlət BAHÇELİ Milliyyətçi Hərəkat Partiyasının Başqanı"


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri