Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Dövlət başçıları və qlobal şirkətləri kimlər hədəf aldı? Qlobal kiberhücumun qaranlıq üzü

Dövlət başçıları və qlobal şirkətləri kimlər hədəf aldı? Qlobal kiberhücumun qaranlıq üzü

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Müasir dünyada rəqəmsal təhlükəsizlik məsələsi artıq yalnız texnoloji şirkətlərin və ya ayrı-ayrı dövlətlərin problemi deyil. Sosial şəbəkələrin siyasi kommunikasiya və informasiya mübadiləsinin əsas vasitələrindən birinə çevrilməsi bu platformalarda təhlükəsizlik məsələsini milli və beynəlxalq təhlükəsizliyin mühüm komponentlərindən biri kimi ön plana çıxarıb.
Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı müşahidə olunan kiberhücumlar da bu baxımdan diqqət çəkir.
Azərbaycan Prezidentinin rəsmi “X” hesabında “Bitly” keçidləri yer alan, 2011-ci ilə aid bəzi köhnə paylaşımlarında aidiyyəti olmayan keçidlər peyda olub. Məsələ dərhal nəzarətə götürülüb, problemli məqamların hamısı qısa müddətdə aradan qaldırılıb.
“Bitly” problemi – nə baş verir?
Qeyd edək ki, sosial media paylaşımlarındakı uzun veb-keçidləri qısa formada təqdim edən, xüsusilə “X” platformasında simvol məhdudiyyətlərinin mövcud olduğu dövrdə – 2010-cu illərdə geniş istifadə edilən “Bitly” xidmətində 2026-cı il noyabrın 14-də qlobal problem müşahidə olunub. Nəticədə xidmət vasitəsilə yaradılmış bəzi köhnə keçidlər dəyişdirilərək istifadəçiləri tamamilə fərqli internet səhifələrinə yönləndirməyə başlayıb.

“New York Post” nəşrinin noyabrın 15-də yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın “X” hesabında təxminən 20 köhnə paylaşımın daxilindəki “Bitly” keçidləri dəyişdirilib. İstifadəçilər həmin keçidlər vasitəsilə Epşteyn işi ilə bağlı materiallara və digər fərqli məzmunlu səhifələrə yönləndirilib.


Eyni problem dünyanın ən böyük fast-fud şəbəkələrindən olan “McDonald's” və “Burger King” şirkətlərinin sosial şəbəkə paylaşımlarına da təsir edib. Belə ki, hər iki şirkətin “X” platformasında illər əvvəl yayımladığı bəzi paylaşımlardakı keçidlər dəyişdirilərək istifadəçilər 11 sentyabr terror aktları və Almaniyada nasist rejimi ilə bağlı məlumat səhifələrinə yönləndirilib.
CNN-in məlumatına görə, “Burger King” nümayəndəsi şirkətin bu keçidlərin dəyişdirilməsində iştirakının olmadığını və problemi aradan qaldırmaq üçün tədbirlər gördüyünü bildirib. “McDonald's” isə məsələ ilə bağlı dərhal açıqlama verməyib.
Sözügedən insidentlər fonunda “Bitly” də açıqlama yayaraq bəzi köhnə və fəaliyyətsiz keçidlərin yenidən istifadə edilməsinə imkan verən problemin aşkarlandığını, bu prosesdə iştirak edən hesabların dayandırıldığını və dəyişdirilmiş keçidlərin deaktiv edildiyini bildirib.
Bu hadisə göstərir ki, hətta uzun illər əvvəl paylaşılmış məlumatlar və həmin məlumatlarda yer alan keçidlər belə sonradan kibercinayətkarların müdaxiləsi üçün vasitəyə çevrilə bilər.
“McDonald's”ın “Instagram” hesabına kriptovalyuta hücumu
Son baş verənlər “McDonald's”ın üzləşdiyi ilk belə insident bu deyil. 2024-cü il avqustun 21-də şirkətin rəsmi “Instagram” hesabı sındırılaraq izləyicilərə saxta kriptovalyuta reklamı təqdim edilmişdi.
 

Hakerlər “Solana” blokçeynində yaradılmış GRIMACE adlı memkoinin reklamını yayımlamışdılar. Saxta reklamın yayılmasından sonra tokenin bazar dəyəri qısa müddətdə təxminən 20 milyon dollara yüksəlmiş, daha sonra isə kəskin şəkildə azalaraq 1 milyon dollardan aşağı düşmüşdü.


Həmin vaxt şirkətin hesabında yerləşdirilən məlumatda kriptovalyuta layihəsi “McDonald's eksperimenti” kimi təqdim edilmiş, profilin özündə isə istifadəçilərdən təxminən 700 min dollar dəyərində kriptovalyuta əldə edildiyinə dair ifadə yer almışdı.
Obama, Bayden, Mask və Qeyts də hakerlərin hədəfində olub
Siyasi və ictimai fiqurların sosial şəbəkə hesablarına müdaxilə halları yeni deyil. Bunun ən böyük nümunələrindən biri 15 iyul 2020-ci ildə “Twitter” platformasında baş vermiş genişmiqyaslı kiberhücumdur.
 

Həmin vaxt Barak Obama, Co Bayden, İlon Mask, Bill Qeyts, Ceff Bezos, Maykl Blumberq və Uorren Baffet kimi tanınmış şəxslərin hesabları, eləcə də “Apple”, “Uber” və bir sıra kriptovalyuta şirkətlərinin rəsmi səhifələri hücuma məruz qalmışdı.


ABŞ Ədliyyə Nazirliyinin hadisə ilə bağlı yaydığı materiallarda ümumilikdə 130-a yaxın hesabın hədəfə alındığı bildirilirdi. Hakerlər bəzi hesablara nəzarəti ələ keçirərək onların adından saxta kriptovalyuta kampaniyası həyata keçirmişdilər.
İstifadəçilərə göndərilən mesajlarda müəyyən kriptovalyuta ünvanına pul köçürmələri müqabilində vəsaitlərinin ikiqat qaytarılacağı vəd edilirdi. Nəticədə çoxsaylı şəxslər aldadılmış, hadisə dünyanın ən böyük sosial şəbəkə platformalarından birinin təhlükəsizlik sisteminin zəifliklərini üzə çıxarmışdı. Bu insidentdən sonra ABŞ-də bir neçə nəfər məsuliyyətə cəlb edilmişdi.
Yeni nəsil hücumlar daha mürəkkəb xarakter alır
Kibertəhlükəsizlik sahəsində baş verən son insidentlər göstərir ki, hücumların metodları zaman keçdikcə dəyişir. Əvvəllər əsasən parolların oğurlanması və hesabların birbaşa ələ keçirilməsi ilə müşayiət olunan hücumlar indi daha mürəkkəb texniki mexanizmlər vasitəsilə həyata keçirilir.
 

Kibercinayətkarlar sosial şəbəkələrə inteqrasiya olunmuş üçüncü tərəf tətbiqlərindən, köhnə keçidlərdən, zəif qorunan rəqəmsal xidmətlərdən və istifadəçilərin diqqətsizliyindən yararlanmağa çalışırlar.


Süni intellekt texnologiyalarının inkişafı isə bu təhlükələrin miqyasını daha da genişləndirir. Avtomatlaşdırılmış sistemlər vasitəsilə kütləvi fişinq kampaniyalarının hazırlanması, saxta məzmunun yaradılması və müxtəlif hesablara eyni vaxtda hücumların təşkili asanlaşıb.
Rəqəmsal təhlükəsizlik milli təhlükəsizlik məsələsi kimi
Bütün bu nümunələr bir reallığı ortaya qoyur: Dövlət başçılarından dünya texnologiya nəhənglərinə, beynəlxalq şirkətlərdən ayrı-ayrı ictimai xadimlərə qədər hər kəs kibermüdaxilə təhlükəsi ilə üzləşə bilər. Bu isə çox ciddi problemlərə səbəb ola biləcək haldır.
Buna görə də, müasir dövrdə kibertəhlükəsizlik dövlət suverenliyinin və milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Digər tərəfdən, rəqəmsal platformaların imkanları genişləndikcə, həmin platformalarda mövcud olan təhdidlər də mürəkkəbləşir. Bu isə həm beynəlxalq texnologiya şirkətlərinin, həm də milli kibertəhlükəsizlik qurumlarının daha çevik və qabaqlayıcı müdafiə mexanizmləri formalaşdırmasını zəruri edir.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Noyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri