Icma.az
close
up
RU
Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil KONKRET

Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, çevrilişə cəhd kollektiv, komanda halında olur:

“Deməli, istintaqın gedişində, ilk növbədə, şaxələnmə olacaq. Bir neçə komponentlər üzrə, ayrı-ayrı istiqamətlərdə daha çox şəxsin prosesə cəlb olunması baş verə bilər. Bu, ittihamın hüquqi xarakteri ilə bağlıdır.

Dövlət çevrilişinə cəhd böyük bir şəbəkənin olmasını tələb edir. İttihamda belə bir şəbəkə mövcudluğuna eyham var və sadəcə onun ifşa olunması məsələsi qalır”.

Parlament üzvü qeyd edib ki, belə bir cəhdin arxasında hansısa xarici qüvvələrin olması istisna edilmir:

“İkincisi, dövlət çevrilişinə cəhd xarici dəstək olmadan mümkün deyil. Bilirik ki, bəzi qonşularımız Cənubi Qafqaz respublikalarında paralel çevriliş ssenariləri işləyib hazırlayır. Bu yolla həmin qüvvələr Cənubi Qafqazı öz imperiya peykinin ətrafına toplamağa çalışır.

Əlbəttə, bu məsələdə mütləq xarici ölkələrin xüsusi xidmət orqanlarının izini axtarmaq lazım gələcək”.

H. Babaoğlu vurğulayıb ki, dövlətin əsas vəzifəsi vətəndaşların təhlükəsizliyinin qorunmasıdır:

“Fikrimcə, Azərbaycanın peşəkar təhlükəsizlik xidməti mütəxəssisləri bu işi sona qədər araşdıracaq və cəmiyyətə lazım olan məlumatları verəcək. Həmin cinayətkarlar cəzalandırlacaq. Həm də elə etmək lazımdır ki, bundan sonrakı mərhələdə də heç kəs cəsarət edib Azərbaycanın legitim hakimiyyətini devirməyə cəhd göstərməsin və ölkədə xaos yaratmağa cəsarət etməsin.

Biz tarixi qələbə əldə etmişik və bu qələbəni əlimizdən almaq istəyənlər var. Azərbaycan dövlətinin əsas vəzifəsi vətəndaşlarımızın təhlükəsizliyini və əldə etdiyimiz tarixi zəfəri qorumaqdan ibarətdir ki, atılan addım da dövlətin bu qətiyyətinin göstəricisidir”.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi R. Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Ramiz Mehdiyev 2020-ci ildə Milli Məclisin 15 deputatını məhkəməyə verib. Onlardan biri də Hikmət Babaoğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri