Dövlət çevrilişinə cəhd göstərən Əli Kərimli və onun dəstəsinin ifşasından narahat olan Avropa Birliyi...
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Son qətnamə bir daha təsdiq edir ki, Avropa Parlamenti ikili standartlara, eləcə də qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Son illər adı ciddi korrupsiya qalmaqallarında hallanan Avropa Parlamentinin Azərbaycanın inkişafından narahat olması və Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmləndikcə qərəzli bəyanatlar, eləcə də qətnamələr qəbul etməsi artıq praktikaya çevrilib".
Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Vüqar Bayramov bildirdi.
"Mütəmadi olaraq biz Avropa Parlamenti tərəfindən belə qərəzli və ikili standartlara əsaslanan qətnamələrin qəbul edilməsini və yayılmasını müşahidə etmişik. Təbii ki, bu qətnamələr kağız parçasından başqa bir şey deyil və sözsüz bu, Azərbaycanın inkişafına və eyni zamanda geosiyasi mövqeyinə təsir göstərə bilməz.
Çox maraqlıdır ki, dövlət çevrilişinə cəhd göstərən Əli Kərimli və onun dəstəsinin ifşasından narahat olan Avropa Birliyi praktik olaraq uzun müddət məcburi köçkün və qaçqın həyatı sürmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı hər hansı bir qətnamə qəbul etmədi.
İşğaldan azad olunmuş əraziləri təmsil edən millət vəkili olaraq, uzun müddət məhz məcburi köçkün həyatı sürən vətəndaşlarımızın qayğıları ilə bağlı Avropa Parlamentinin bir dəfə də olsun qətnamə qəbul etməməsini və bu məsələyə diqqət ayırmamasını xüsusilə qeyd etmək istərdim.
Çünki bu bir daha təsdiq edir ki, Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyi kifayət qədər qərəzlidir, ikili standartlara əsaslanan bir mövqedir və bu birbaşa Azərbaycanın inkişafına qarşı olan bir mövqedir", - deyə o qeyd etdi.
V.Bayramov bildirdi ki, Azərbaycan bu gün regionun enerji təhlükəsizliyinə töhfə verən ölkədir:
"Artıq Azərbaycan 14 ölkəyə mavi qaz nəql edir, o cümlədən Avropanın 8 ölkəsinə, Avropa İttifaqının üzvü olan 8 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Çox təəssüf ki, Avropa Parlamenti tərəfindən məhz Azərbaycanın Avropanın özünün enerji təhlükəsizliyinə verdiyi töhfə, Azərbaycanın regiondakı sabitliyə, sülhə verdiyi töhfə heç zaman qiymətləndirilməyib. Amma əksinə biz qərəzli və saxta qətnamələrin qəbulunu müşahidə edirik.
Amma təbii ki, Azərbaycan və Azərbaycan dövləti, Azərbaycan xalqı əvvəlki qərəzli qətnamələrə verdiyi cavabı bu qətnaməyə də cavab verir. Xalq-iqtidar birliyi möhkəmdir və bütün təhdidlərə cavab vermək gücündədir".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















