Dövlət Departamenti CAR da ABŞ nin vəzifəli şəxslərinin saxlanıldığını bəyan edib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənubi Afrika Respublikası (CAR) hökuməti ABŞ-nin vəzifəli şəxslərinin saxlanılmasında məsuliyyət daşıyanları cəzalandırılmalıdır, əks təqdirdə "ciddi nəticələr" olacaq.
Moderator.az xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.
"ABŞ afrikanerlərə (Avropadan Afrikanın cənubuna köçən mühacirlərinin nəslindən olanlar - red.) humanitar yardım göstərmək vəzifələrini yerinə yetirən amerikalı rəsmilərin son saxlanılmasını qətiyyətlə pisləyir. Bundan əlavə, vəzifəli şəxslərin pasport məlumatlarının dərc olunması qəbuledilməzdir və təqib formasıdır", - məlumatda bildirilib.
Dövlət Departamenti bu addımı "CAR-da vəzifə öhdəliklərini yerinə yetirən ABŞ dövlət qulluqçularını qorxutmaq cəhdi" kimi qiymətləndirib.
"ABŞ öz dövlət qulluqçularına və ya xaricdə qanuni şəkildə işləyən hər hansı vətəndaşına qarşı belə hərəkətlərə dözməyəcək. Bu vəzifəli şəxslərin şəxsi məlumatlarının dərc edilməsi onları təhlükə altına qoyur. Biz CAR hökumətini bu vəziyyəti nəzarət altına almaq və təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq", - Dövlət Departamentindən əlavə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Dekabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















