Dövlət Departamenti digər ölkələrdə seçkilərin ictimai qiymətləndirilməsinə məhdudiyyətlər tətbiq edir
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Departamenti digər ölkələrdə seçkilərin ictimai qiymətləndirilməsinə məhdudiyyətlər tətbiq edir.
Missiya.Az xəbər verir ki, bu barədə "Wall Street Journal" təşkilatın daxili göstərişinə istinadən yazıb.
Qəzetin yazdığına görə, cümə axşamı dövlət katibi Marko Rubio tərəfindən imzalanan sənəd, ABŞ-nin açıq-aşkar xarici siyasət marağı olmadığı halda, departamentdən başqa ölkələrdə keçirilən seçkilərlə bağlı ictimai şərhlərdən çəkinməyi tələb edir.
"Xarici seçkilərə münasibət bildirmək məqsədəuyğun olduqda, mesajımız qısa olmalıdır, əsas diqqət qalib namizədi təbrik etməyə yönəlməlidir. Mesajlar seçki prosesinin ədalətli və ya bütövlüyü, onun legitimliyi və ya sözügedən ölkənin demokratik dəyərləri ilə bağlı şərhlərdən çəkinməlidir", - sənəddə deyilir.
Rubionun imzaladığı sənəddə qərarın ABŞ prezidenti Donald Trampın vurğuladığı milli suverenlik prinsipinə əsaslandığı izah edilir.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















