Icma.az
close
up
RU
Dövlət dəstəyi ilə salınan intensiv bağlar: Saatlı heyvası BƏƏ və Avropaya ixrac olunur

Dövlət dəstəyi ilə salınan intensiv bağlar: Saatlı heyvası BƏƏ və Avropaya ixrac olunur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Saatlı, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda yerləşən super intensiv heyva bağının məhsulu artıq Avropa bazarlarına da ixrac olunur. Bu günə kimi bağdan 150 tona yaxın məhsul yığılıb. Hədəf məhsulu Azərbaycan brendi kimi tanıtmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, super intensiv heyva bağı 2020-ci ildə Saatlı rayonunun Qaralar kəndində salınıb. Bağın sahəsi 30 hektara yaxındır və Türkiyənin “Eşmə” sortu olan 40 mindən çox heyva ağacı innovativ üsulla becərilib.

Bağ artıq üçüncü məhsul ilindədir və cari mövsüm bol məhsul yetişib. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ərazidə heyvadan başqa alça, armud, nektarin, nar bağları da var və mərhələli olaraq mövsümə uyğun yığım aparılır. Hazırda isə heyva yığımı davam edir.

"Noyabrın əvvəllindən yığıma başlamışıq. Ağaclar çiçəkləyən vaxt havanın əlverişsiz keçməsi məhsuldarlığa təsir etsə də, meyvə boldur. Bağın salınmasında dövlət dəstəyinin də əhəmiyyəti böyükdür. Hər hektara görə subsidiya alırıq. Bu da bağın becərilməsində bizə ciddi dəstəkdir", - deyə təsərrüfat sahibi bildirib.

Bağdan toplanan məhsullar çeşidləmə mərhələsi üçün anbara gətirilir və 3 çeşid üzrə seçilir. Daha sonra soyuducu anbarlara yığılır. Anbardan isə satışa verilir. Məhsul daxili bazarla yanaşı, həm də xaricə satılır.

Həbib Əhmədovun sözlərinə görə, Rusiyaya, Birləşmiş Ərəb Əmirliklərinə, hətta Avropa bazarlarına da məhsul ixrac olunur.

Rayonda salınan meyvə bağları həm də əlavə iş yerlərinin açılmasına imkan verib. “Təsərrüfatımızda çoxillik bağlarla yanaşı, mövsümi əkinlər də yer alır. Bu sahələr hesabına əlavə iş yerləri yaranır ki, Saatlı ilə bərabər, qonşu rayonlardan - Sabirabad və İmişlidən də bura gəlib mövsümi işləyirlər, meyvə yığımında iştirak edirlər. Daimi işçilərimizin də sayı artır”, - deyə təsərrüfat sahibi əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri