Icma.az
close
up
RU
İntensiv bağçılığa dövlət dəstəyi

İntensiv bağçılığa dövlət dəstəyi

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət dəstəyinin gücləndirilməsi xarici bazarlara rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının ixracını təmin edir. Azərbaycanda bağçılığa dövlət dəstəyinin artırılması, müasir standartlara uyğun intensiv bağların salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artmasına müsbət təsir edir. 

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Aqrar Subsidiya Şurası 2019-cu ildən başlayaraq yeni salınmış intensiv bağların hər hektarına görə fermerlərə yüksək əmsallı subsidiyalar ayırır. Sonrakı illərdə isə intensiv bağlara əkin subsidiyası ilə yanaşı birdəfəlik əkin subsidiyası da verilir.

İntensiv bağçılığa dövlət dəstəyinin artırılmasında məqsəd yeni intensiv və superintensiv bağların salınmasını stimullaşdırmaq, xarici bazarlara meyvə ixracını artırmaq, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsini, su və torpaq resurslarından səmərəli istifadəni, bitkiçilik sahəsində rayonlaşma prosesini və əkinə daha az yararlı torpaqlara investisiya qoyuluşunun artmasını təmin etməkdir.

Ötən illər ərzində yürüdülən meyvə bağlarının subsidiyalaşdırılması siyasəti bütün istiqamətlər üzrə özünü doğruldub. Ölkədə müasir intensiv bağların sahəsi genişlənib, müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb, su və torpaq resurslarından səmərəli istifadə səviyyəsi yüksəlib, ən əsası xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım qeydə alınıb.

Bu nəticələr subsidiyalaşmaya ayrılan dövlət vəsatinin dəfələrlə çox miqdarda səmərəli geri dönüşünün təmin olunması deməkdir.
İntensiv bağçılığın dövlət tərəfindən subsidiyalaşdırılması ilə ölkəmizdən xarici bazarlara meyvə ixracının artması arasında bağlılıq mövcuddur. 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurası tərəfindən meyvə bağlarının salınmasına ümumilikdə 171,3 min manat əkin subsidiyası ayrılıb.

Qeyd olunan dövrdə ölkəmizdən xarici bazarlara təxminən 2,22 milyard manat dəyərində meyvə ixrac edilib. 2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənin dəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur. Müasir intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır, 3-4-cü illərdə artıq həmin bağlardan ciddi miqdarda məhsul yığılaraq daxili və xarici bazarlarda realizə edilir. Yəni, 2020-cu ildə salınmış meyvə bağlarından artıq 2022-ci ildən ciddi həcmdə məhsul yığılmağa başlayır. Bu səbəbdən ayrılan subsidiyaların həcminin meyvə ixracının artımı şəklində geri dönüşü təxminən 2-3 ildən sonra özünü göstərir.

Bu fikri 2020-2024-cü illər üzrə subsidiya və meyvə ixracatı rəqəmlərinin iki illik periodlarda təhlili təsdiqləyir. Məsələn, 2020-cu ildə intensiv meyvə bağlarının salınmasına dövlət tərəfindən 30 milyon manata yaxın subsidiya ayrılıb, iki il sonra 2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmində əvvəlki illə müqayisədə 38,7 mln. manat (+8,7 mln. manat) artıb. Eyni qaydada 2021-ci ildə intensiv bağlara 33,8 milyon manat subsidiya verilib, 2023-cü ildə meyvə ixracında 65 milyona manata yaxın (+31 mln.manat) artım qeydə alınıb. Yəni, intensiv meyvə bağlarının subsidiyalaşdırılması müqabilində meyvə ixracı dəfələrlə artır və bağların salınmasına ayrılan dövlət vəsaiti bağlar bara düşdükdən sonra dəfələrlə artıq miqdarda geri dönür.

Cədvəldən də göründüyü kimi, son beş il ərzində intensiv meyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28%, meyvə ixracı isə 41% artıb. Artım göstəriciləri arsındakı nisbət intensiv bağçılığın inkişafına yönəlmiş dövlət dəstəyi siyasətinin düzgün müəyyən olunduğunu, ayrılan subsidiyaların artan ixracat formasında səmərəli geri döndüyünü təsdiqləyir.   
 Subsidiyaların əlavə dəyər yaradılması baxımından səmərəli geri dönüşünü meyvəçilik sahəsi ilə yanaşı, tərəvəzçilik, taxılçılıq və kənd təsərrüfatının digər sahələrində də görmək mümkündür.

İntensiv meyvə bağlarının salınmasına dövlət dəstəyinin gücləndirilməsinin meyvə ixracatının artımına müsbət təsiri tendensiyası 2025-ci ildə də davam edib. Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici bazarlara qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilin yanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracının dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan məbləğdən 7,2 dəfə çoxdur. Bu rəqəmlər ayrılan subsidiyaların məbləğinin geri dönüş səviyyəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Aqrar Subsidiya Şurasının 2024-cü il avqust qərarına əsasən, ötən ilin 1 sentyabr tarixindən bu il mayın 31-dək dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarının hər hektarına 4400 manat, qoz bağlarının hər hektarına 3300 manat, nar bağlarının hər hektarına 3000 manat, limon və kinkan bağlarının hər hektarına 11600 manat, naringi və portağal bağlarının hər hektarına 9600 manat, şaftalı və ərik bağlarının hər hektarına 4000 manat, alma bağlarının hər hektarına 11000 manat, armud bağlarının hər hektarına 8000 manat, gilas bağlarının hər hektarına 10000 manat birdəfəlik əkin subsidiyası verilir. Bundan başqa növbəti 4 il ərzində bu bağların hər hektarına görə fermerlərə hər il 800 manat əkin subsidiyası verilir.

Qeyd olunan meyvələr üzrə intensiv bağların salınmasının artıq bir neçə ildir dövlət tərəfindən subsidiyalar ayrılması şəklində dəstəklənməsi həm xarici bazarlarda rəqabətədavamlı meyvə istehsalının artmasını, həm də ixracın həcm və dəyər olaraq yüksəlməsini təmin edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri