Icma.az
close
up
RU
Saatlı heyvası Dubaya ixrac olunur, Avropadan da sifariş var REPORTAJ VİDEO AZƏRTAC

Saatlı heyvası Dubaya ixrac olunur, Avropadan da sifariş var REPORTAJ VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Saatlı, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda yerləşən super intensiv heyva bağında tədarük edilən məhsula xaricdən sifariş qəbul olunub. Sifariş verilən 450 ton məhsulun 200 tondan çoxu artıq yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, super intensiv heyva bağı Saatlının Qaralar kəndində salınıb və Mil-Muğan bölgəsi üzrə ilk belə bağdır. 2020-ci ildə salınan bağ artıq ikinci məhsul ilindədir və cari mövsüm bağda bol məhsul yetişib. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ərazidə heyvadan başqa alça, armud, nektarin bağları da var və mərhələli olaraq mövsümə uyğun yığım aparılır. Hazırda isə heyva mövsümü olduğuna görə yığım davam edir.

“30 hektarlıq bağın 26 hektarında Türkiyədən gətirilən “Eşmə" sortundan olan 46 min ting əkilib. Bağın salınmasında dövlət dəstəyinin də əhəmiyyəti böyükdür. İlk məhsul ilinə qədər dövlət tərəfindən 750 manat, sonrakı illərdə isə hər hektara 240 manat subsidiya alırıq. Bu da bağın becərilməsində bizə bir dəstəkdir. Bağın ilk məhsulu ötən il yığıldı və hər ağaca 5-6 kiloqram məhsul toplandı. Bu il isə məhsul boldur”, - deyə Həbib Əhmədov bildirib.

Bağda yığıma bu ayın əvvəlindən başlanılıb. Hər ağacdan orta hesabla 25-30 kiloqram meyvə yığılır. Məhsul daxili bazarla yanaşı, həm də xaricə satılır. Artıq Rusiya, Qazaxıstan və Dubay bazarlarına məhsul yollanıb. Avropa bazarlarından da sifariş var. İlkin olaraq təcrübə üçün məhsul göndərildikdən sonra, davamlı ixrac üçün müqavilə də imzalanacaq.

Məhsullar ölçüsünə görə çeşidlənir və satılır. “Bu günə kimi xaricdən 450 ton sifariş alınıb və 200 tondan çox məhsul artıq yollanılıb. Daxili bazarlara isə 150 ton məhsul verilib. Mövsüm boyu bağdan 800 tona yaxın məhsul götürəcəyimizi planlaşdırırıq", - deyən fermer bildirir ki, bu bağlarda insanların işə cəlb olunması, həm də əlavə iş yerlərinin açılması deməkdir.

Təsərrüfatda çoxillik bağlarla yanaşı, mövsümi əkinlər də yer alır. Qaralar kəndi ilə bərabər, qonşu kəndlərdən də buraya işləməyə gələnlər var. Daimi işçilərlə yanaşı, mövsüm ərzində əlavə işçi qüvvəsi də cəlb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri