Icma.az
close
up
RU
Статья не опубликована
Dövlət dilimizə qarşı aparılan təbliğat hüquqi məsuliyyətə səbəb olur!

Dövlət dilimizə qarşı aparılan təbliğat hüquqi məsuliyyətə səbəb olur!

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Bir məsələ haqqında uzunmüddətli müşahidələrimə əsasən bəzi qeydlərimi bölüşmək istəyirəm. Xüsusən də bu dediklərimin Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası və bütün baş redaktor həmkarlarımın, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən diqqətə alınmasını xahiş edirəm.

Bəziləri bilərəkdən və bilməyərəkdən Azərbaycan ictimai rəyinə tez-tez belə bir fikir aşılamağa çalışırlar ki, dilimizin adı türkcədir, "Azərbaycan dili" deyilməməlidir, dövlət dilimizin adı da dəyişməlidir.

Bəri başdan deyim ki, bu fikirlərin heç bir elmi əsası yoxdur. Azərbaycan əhalisi 19-cu əsrdə millətləşmə dövrünə qədəm qoyub, 28 may 1918-ci ildə "dövlət milləti" statusu qazanıb. 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışı ilə Azərbaycanda etnik dövlətçilik yerini xalq dövlətçiliyinə verib. O gündən başlayaraq xalqlaşma prosesi geniş vüsət alıb və nəticədə indiki rəsmi dövlət dilimiz bütün xalqımızı birləşdirən vasitə olub. Bizim dilimiz Altay dillərinin türk qrupuna mənsub, ancaq həmin ailənin tam müstəqil üzvüdür. Dilimizin qrammatikasının təkmilləşməsi, ərəb-fars sözlərindən, eləcə də Türkiyə türkcəsinin bəzi özəlliklərindən (20 əsrin əvvəllərinin mətbuatına baxın) arındırılaraq püxtləşdirilməsi ötən əsrə aiddir. Bu proses sırf akademik müstəvidə uzun yol keçib. Ötən əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdi və öz ulus identifikasiyasından doğan bir şəkildə dövlət dilini Azərbaycan dili kimi rəsmiləşdirdi.

Bu rəsmiləşmə AR-nın Konstitusiyasının 21-ci maddəsində əks olunub.

Maddə 21. Dövlət dili

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 155-ci maddəsinə görə 21-ci maddə immunitetə malikdir.

Sadə dildə desək, 21-ci maddə ilə bağlı dəyişikliklər və ya onun ləğv edilməsi haqqında haqqında təkliflər referenduma çıxarıla bilməz. Konstitusiya isə ancaq referendumla qəbul olunduğuna görə, dövlət dilimizin "Azərbaycan dili" adlandırılmasından birbaşa və ya dolayı şəkildə imtina edilməsinin hər hansı hüquqi mexanizmi yoxdur. Bu barədə danışanların ya dövlətin konstitusiyasından qandığı qrafa yoxdur, ya da bilərəkdən konstitusiyanı, o cümlədən dövlətimizin əsas atributlarından biri olan dövlət dilini etibarsızlaşdırmağa çalışırlar.

30 sentyabr 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qüvvəyə minib. Qanunun 19-cu maddəsində qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulur və deyilir.

"Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".

Həmin məsuliyyət isə, İnzibati Xətalar Məcəlləsində belə əks olunub.

Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi

Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə-
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir.

Mənim Mətbuat Şurasından və Medianın İnkişaf Agentliyindən birinci xahişim budur ki, əvvəla, yuxarıda dediyim hüquqi məsələləri bizim bəzi media qurumlarının rəhbərlərinin diqqətinə çatdırsınlar ki, Azərbaycanın dövlət dilinin adı konstitutsion immunitetə malikdir və dövlət dilinə qarşı təbliğat aparmaq məsuliyyətə səbəb olur.

Baş prokurorluqdan isə, bir vətəndaş olaraq həm ricam, həm də tələbimdir ki, Azərbaycan Respublikasının dövlət dilinə qarşı təbliğat aparanlara İXM-nin 533-cü maddəsinin sanksiyalarını tətbiq etsinlər ki, bu məsələ birdəfəlik qapansın.

Bu il Azərbaycanda Konstitusiya və Suverenlik ilidir.

Barı bu il Ana Yasamıza qarşı aparılan bu primitiv təbliğata son qoyaq.

Taleh ŞAHSUVARLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri