Edqars Rinkeviçsə Bakıdan təbrik göndərildi
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.
"Yeni Sabah" xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Bakıda online alış-veriş
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.
Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.
İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 18 Noyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















