Icma.az
close
up
RU
Dövlət Gömrük Komitəsindən Hürriyyət agentliyinin iddialarına sərt cavab: Tamamilə yalan və böhtandır

Dövlət Gömrük Komitəsindən Hürriyyət agentliyinin iddialarına sərt cavab: Tamamilə yalan və böhtandır

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi "Hürriyyət" onlayn informasiya agentliyinin və onun sosial media kanallarının 29 və 30 sentyabr tarixlərində yayımladığı məlumatlara dair sərt bəyanatla çıxış edib.

Oxu.Az xəbər verir ki, komitə rəhbərliyinin və struktur rəhbərlərinin ünvanına hər hansı fakta söykənməyən, yalan və böhtan xarakterli iddialar irəli sürülüb.

DGK bildirir ki, həmin yayımlarda gömrük orqanlarının qaçaqmalçılıq, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətinə "Səriştəsizliq, etinasızlıq, yoxsa göz yummaq?!" kimi ifadələrlə kölgə salınır.

Agentliyin əməliyyat-istintaq tədbirlərinin xüsusiyyətini bilmədən qanun pozuntusu faktlarını təhrif edərək Komitənin fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışdığı vurğulanır.

DGK ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində bütün zəruri addımları atdığını və fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildiyini bildirir. Fəaliyyətinin səmərəliliyini sübut etmək üçün Komitə 2025-ci ilin cari dövrü ərzində 26,7 mindən çox hüquqpozma faktı (400-dən çoxu cinayət xarakterli) aşkarladığını, 72 fakt üzrə bir tondan artıq müxtəlif tərkibli narkotik vasitəni qanunsuz dövriyyədən götürdüyünü, eləcə də külli miqdarda dərman vasitələri, aksizli mallar və valyutanın qanunsuz keçirilməsinin qarşısını aldığını qeyd edib. Korrupsiya və vəzifə cinayətlərinə yol vermiş şəxslərin də müvafiq məsuliyyətə cəlb edildiyi vurğulanır.

Dövlət Gömrük Komitəsi qarşı tərəfin mövqeyi öyrənilmədən yalan və böhtan xarakterli məlumatları dərc edən media qurumlarının mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıdığını bildirir.

Komitə bu hərəkətlərin dövlət qurumunun və onun vəzifəli şəxslərinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıdığını və hüquqi müstəvidə bu hallara qarşı bütün zəruri addımları atacağını bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri