Icma.az
close
up
RU
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib

“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib. Tədbir Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində  məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə cəlb olunmasını təşviq etmək məqsədi daşıyıb.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, təhsil və inkişaf institutlarının nümayəndələri, eləcə də müxtəlif layihələrin fəal iştirakçısı olan məcburi köçkünlər iştirak ediblər.

Böyük Qayıdış proqramı çərçivəsində hazırlanan videoçarxlar nümayiş olunub. Daha sonra Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyevin, Dünya Bankının nümayəndəsi Steffi Stallmeisterin, Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti sədrinin müavini Kamran Rəsulovun çıxışları dinlənilib. Çıxışlarda Böyük Qayıdış prosesi çərçivəsində insan kapitalının inkişafı, məşğulluğun artırılması və dayanıqlı iqtisadi fəaliyyətlərin qurulmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin Türkiyənin Mesleki Yeterlilik Kurumu (MYK), TKTA, Amerika Təlim və İnkişaf Şurası (American Council of Training and Development – ACTD) və “Accelerated Career Academy” (ACA) karyera mərkəzi tərəfindən həyata keçirilən layihələrə dair təqdimat videoları nümayiş olunub və qurum rəhbərlərinin çıxışları dinlənilib. Xüsusilə ACA tərəfindən icra edilən “Qarabağda Gələcək” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin ikinsi hissəsində keçirilən təltifetmə mərasimində müxtəlif istiqamətlər üzrə təlim və sertifikasiya proqramlarını uğurla başa vuran məcburi köçkünlərə sertifikatlar təqdim olunub. Sertifikatlar yerli və beynəlxalq tərəfdaş qurumların nümayəndələri tərəfindən təqdim edilib.

Təltifetmə mərasimi çərçivəsində “Accelerated Career Academy”nin direktoru Samirə Quliyevanın moderatorluğu ilə xüsusi panel diskussiyası da təşkil olunub. Paneldə sahibkarlıq və liderlik sahəsində uğur qazanan qadınlar çıxış ediblər. Çıxışlarda şəxsi uğur hekayələri, sahibkarlıq təcrübələri və qadın liderliyinin cəmiyyət və iqtisadiyyat üçün rolu müzakirə olunub. Panel sual-cavab sessiyası ilə yekunlaşıb. Qeyd edilib ki, belə təşəbbüslər Böyük Qayıdış prosesinin sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsinə, məcburi köçkünlərin dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə və onların cəmiyyətə fəal inteqrasiyasına mühüm töhfə verir.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri