Icma.az
close
up
RU
Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib

Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Cenevrə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru xanım Aleksandra Bilak və Mərkəzin bacarıqların artırılması üzrə meneceri Saad Karim ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonaqlara ölkəmizdə hazırda qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin səmərəli təşkili Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da onların yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu, mədəni inkişafı ilə bağlı məsələlərinin həllinə təsirli dəstək göstərir.
Qeyd olunub ki, Ermənistanın işğalına son qoyduqdan, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra Azərbaycan məcburi köçkün vətəndaşlarını yenidən doğma yurdlarına qaytarmaq istiqamətində genişmiqyaslı tədbirlər görür. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan sorğularda məcburi köçkünlərin mütləq əksəriyyətinin öz ata-baba torpaqlarına dönmək istədiyi bildirilib. Böyük Qayıdışın sürətləndirilməsinə yalnız Ermənistanın işğalçı qüvvələrinin vaxtilə torpaqlarımızda basdırdığı mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin mane olduğu vurğulanıb. Buna baxmayaraq, qayıdış prosesi mərhələli qaydada davam etdirilir.
Aleksandra Bilak həmkarı ilə birlikdə Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə gəldiyini və fürsətdən istifadə edərək yenidən ölkəmizdə məcburi köçkünlərlə bağlı vəziyyətlə tanış olmaq istədiyini bildirib, səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edib. COP29-un yüksək səviyyədə təşkilini xüsusi vurğalayan avropalı qonaq Böyük Qayıdışla bağlı məsələlərin həlli istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini izlədiklərini və görülən işlərin rəğbət doğurduğunu qeyd edib.
Xatırladaq ki, qeyd olunan Mərkəz daxili yerdəyişmə ilə bağlı dünyanın aparıcı məlumat və təhlil mənbəyi sayılır. Xanım Aleksandra Bilak 2019-cu ildə də ölkəmizə səfərə gəlib, məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olub.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Noyabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see239

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see232

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see225

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see222

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see222

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see220

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see218

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see218

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see212

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see200

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see196

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see194

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see194

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see191

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see185

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see184

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see184

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see181

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see178

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri