Icma.az
close
up
RU
Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib

Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Cenevrə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru xanım Aleksandra Bilak və Mərkəzin bacarıqların artırılması üzrə meneceri Saad Karim ilə görüşüb.

Moderator.az xəbər verir ki, qonaqlara ölkəmizdə hazırda qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin səmərəli təşkili Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da onların yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu, mədəni inkişafı ilə bağlı məsələlərinin həllinə təsirli dəstək göstərir.

Qeyd olunub ki, Ermənistanın işğalına son qoyduqdan, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra Azərbaycan məcburi köçkün vətəndaşlarını yenidən doğma yurdlarına qaytarmaq istiqamətində genişmiqyaslı tədbirlər görür. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan sorğularda məcburi köçkünlərin mütləq əksəriyyətinin öz ata-baba torpaqlarına dönmək istədiyi bildirilib. Böyük Qayıdışın sürətləndirilməsinə yalnız Ermənistanın işğalçı qüvvələrinin vaxtilə torpaqlarımızda basdırdığı mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin mane olduğu vurğulanıb. Buna baxmayaraq, qayıdış prosesi mərhələli qaydada davam etdirilir.

Aleksandra Bilak həmkarı ilə birlikdə Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə gəldiyini və fürsətdən istifadə edərək yenidən ölkəmizdə məcburi köçkünlərlə bağlı vəziyyətlə tanış olmaq istədiyini bildirib, səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edib. COP29-un yüksək səviyyədə təşkilini xüsusi vurğalayan avropalı qonaq Böyük Qayıdışla bağlı məsələlərin həlli istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini izlədiklərini və görülən işlərin rəğbət doğurduğunu qeyd edib.   

Xatırladaq ki, qeyd olunan Mərkəz daxili yerdəyişmə ilə bağlı dünyanın aparıcı məlumat və təhlil mənbəyi sayılır. Xanım Aleksandra Bilak 2019-cu ildə də ölkəmizə səfərə gəlib, məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see154

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri