Icma.az
close
up
RU
Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

Danimarkanın “Seismo” media qurumunun jurnalistləri John Nielsen Nuovo Praestegaard və Julius Christiansenlə görüşüb. Görüşün məqsədi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, postmünaqişə dövrü və keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı hazırlanacaq məqalələr üçün müsahibənin alınmasıdır.  

Komitə sədri qonaqlara Ermənistanın deportasiya və işğalçılıq siyasəti, onun tarixi kökləri, bu siyasətin səbəb olduğu qaçqın və məcburi köçkün problemi, nəticədə soydaşlarımızın məruz qaldığı məhrumiyyətlər haqqında ətraflı məlumat verib.  Qeyd edilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, bir qrupu isə çadır şəhərciklərində çətin və ağır şəraitdə məskunlaşıb. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir standartlara cavab verən yaşayış kompleksləri tikilib-istifadəyə verilib. Buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər var. Hər bir məcburi köçkün dövlətin maddi rifah halının yaxşılaşdırılması, təhsil, səhiyyə kimi sosial xidmətləri özündə əks etdirən güzəşt və imtiyazlarından yararlanır.  

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Buna baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olur.  

Jurnalistlər səmimi söhbətə görə təşəkkür edib, səfərin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri