Icma.az
close
up
RU
Dövlət Komitəsindən Sumqayıtdakı qanunsuz tikinti KONKRET

Dövlət Komitəsindən Sumqayıtdakı qanunsuz tikinti KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində Nəsimi adına park ərazisində aparılan tikinti işləri ətrafında narazılıqlar artmaqda davam edir. Sakinlər bildirirlər ki, sözügedən ərazidə həyata keçirilən tikintilər təkcə piyadaların hərəkətini məhdudlaşdırmır, eyni zamanda onların qanuniliyinə dair ciddi suallar doğurur.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı şikayət edən sakinlərin sözlərinə görə, park daxilində və ətrafında qurulan hasarlar insanların gündəlik istifadə etdiyi yolları bağlayıb. Onlar bildiriblər ki, əvvəllər rahat şəkildə istifadə etdikləri piyada keçidləri artıq ya tamamilə kəsilib, ya da dar keçidlərə çevrilib. Bu isə xüsusilə yaşlılar və uşaqlar üçün ciddi çətinlik yaradır.

Sakinləri narahat edən əsas məqamlardan biri isə bu tikintilərin hansı əsasla aparılmasıdır. “Bu icazəni kim verir?” sualı ətrafında ciddi narazılıq var. Onların sözlərinə görə, ərazidə aparılan tikinti işləri ilə bağlı heç bir rəsmi məlumat lövhəsi yerləşdirilməyib. Tikintini həyata keçirən şirkət, layihənin təyinatı və icazə sənədləri barədə açıq informasiya yoxdur.

“Əgər bu tikinti qanunidirsə, niyə məlumat gizlədilir? Əgər qanunsuzdursa, niyə qarşısı alınmır?” – deyə sakinlər sual edirlər. Onların fikrincə, bu vəziyyət şəhərdə nəzarət mexanizmlərinin zəif işlədiyini göstərir.

Sakinlər bildiriblər ki, park ərazisi illərdir insanların istirahəti üçün nəzərdə tutulmuş ictimai məkan olub. Lakin son dövrlərdə bu kimi ərazilərin tikinti obyektlərinə çevrilməsi tendensiyası müşahidə olunur. “Ümumiyyətlə Sumqayıtda demək olar ki, hər gün bir obyekt peyda olur. Şəhərdə insanların gəzməyi üçün demək olar ki, yer qalmayıb”, – deyə onlar narazılıqlarını ifadə ediblər.

Onlar həmçinin qeyd edirlər ki, tikinti işləri aparılarkən nə piyadalar üçün alternativ yollar yaradılır, nə də təhlükəsizlik qaydalarına tam əməl olunur. Bu isə şəhər sakinlərinin həm rahatlığına, həm də təhlükəsizliyinə mənfi təsir göstərir.

Sakinlər aidiyyəti qurumlara çağırış edərək məsələnin araşdırılmasını, tikintilərin qanuniliyinə aydınlıq gətirilməsini və ictimai məkanların qorunmasını tələb edirlər. Onların sözlərinə görə, şəhərsalma siyasəti şəffaf olmalı, vətəndaşların hüquqları və maraqları prioritet kimi nəzərə alınmalıdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, hələlik məsələ ilə bağlı detallar dəqiqləşdirlir. Bütün dəqiqləşmələrdən sonra mediaya məlumat veriləcək.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, komitə əməkdaşları tərəfindən Sumqayıt şəhərində yerləşən Nəsimi parkının ərazisinə şəhərsalma nəzarəti qaydasında baxış keçirilib. Baxış zamanı parkın 300 kv.m sahəsində müvafiq icazəverici sənədlər olmadan dəmir konstruksiyalardan ibarət özbaşına quraşdırılma işlərinin aparıldığı faktı aşkar edilib.

Komitə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə aparılan qanunsuz işlər dərhal dayandırılıb, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb.//nocomment.az

https://konkret.az/cloud/uploads/2026/04/WhatsApp-Video-2026-04-15-at-18.50.45.mp4

    
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Aprel 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri