Dövlət Komitəsinin sədri Ordubad rayonunda vətəndaşları qəbul edəcək
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11.00-da Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında (Ordubad şəhəri, Heydər Əliyev prospekti 21) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (əlaqə vasitələri: (+994) 36 544 56 29, [email protected]) müraciət etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















