Icma.az
close
up
RU
Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyinə “Qarabağ çalarları” adlı musiqili çarx təqdim edib

Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyinə “Qarabağ çalarları” adlı musiqili çarx təqdim edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyinə həsr olunan “Qarabağ çalarları” adlı musiqili çarxı geniş tamaşaçı auditoriyasına təqdim edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, layihə Qarabağın mədəni ruhunu, azadlıq sevincini və xalqımızın böyük Qələbəsini musiqi, vizual obraz və hisslərin harmoniyasında canlandırır. “Qarabağ çalarları”nın ideyası - Qarabağın azad olunması ilə dirçələn milli qürurumuzu, zəfər sevincini və musiqi vasitəsilə ifadə olunan emosional gücü tamaşaçıya yaşatmaqdır.

Layihə rəhbəri Ülviyyə Bəbirli, bəstəkarı Elbəy Məmmədzadə olan bu musiqili kompozisiyada solistlər — zurnada Hakim Abdullayev, saksafonda Arif Məmmədov və pianoda müəllifin özü Elbəy Məmmədzadə çıxış ediblər. Əsər Rəşid Behbudov adına Estrada-Simfonik Orkestri tərəfindən ifa olunub.

Layihə rəhbəri Ülviyyə Bəbirli bildirib ki, “Qarabağ çalarları” bizim üçün təkcə bir musiqi əsəri deyil, Zəfərin səsini və duyğusunu əks etdirən bir musiqi tablousudur. Bu çarxda biz azad torpaqların nəfəsini, qürur dolu yaddaşımızı və xalqımızın qəlbində yaşayan sevinci musiqi ilə ifadə etdik. Hər not, hər səhnə o torpaqlara olan sevgidən qaynaqlanıb.”

“Qarabağ çalarları” Mahnı Teatrının Vətənpərvərlik mövzusuna göstərdiyi xüsusi diqqətin növbəti təcəssümüdür. Teatr bu layihə ilə Zəfər yaddaşını musiqinin dili ilə qorumaq, azad torpaqların ruhunu gələcək nəsillərə ötürmək missiyasını daşıyır.

Video çarxa keçid üçün bu linkdən istifadə edə bilərsiniz:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri