Icma.az
close
up
RU
Xalq dövlət birliyinə əsaslanan Azərbaycan reallığı

Xalq dövlət birliyinə əsaslanan Azərbaycan reallığı

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin prioritet istiqamətləri mövcud dünya reallığında həyata keçirilməsi olduqca çətin bir vəzifə idi. Çünki bu gün beynəlxalq münasibətlər sistemində xaos hökm sürür, dövlətlərin legitimliyi ciddi şəkildə şübhə altına alınır. Belə bir mürəkkəb şəraitdə milli maraqların həyata keçirilməsi daha da çətinləşir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan dövləti bütün bu çətinliklər fonunda öz gücünə, resurslarına və xalqla birliyinə arxalanaraq öz reallıqlarını yaratdı. Dünya miqyasında genişmiqyaslı fəaliyyətə start verildi və bu hərəkatın adı “Xocalıya ədalət!” oldu. Həyata keçirilən reallıqlar yalnız keçmişi əks etdirmir, həm də gələcəyə işıq tutur. Azərbaycan şanlı Zəfər qazandı və Xocalı şəhərinin azad edilməsi bu prosesin mühüm mərhələlərindən biri oldu.

“Bəli, məhz əzm və qətiyyət sayəsində Azərbaycan dünyanı həqiqətlərlə üz-üzə qoydu və bunun öhdəsindən gəldi. Dövlətimizin başçısı proseslərə mərhələli və sayıq yanaşdı. İlk mərhələdə Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən rəsmən tanındı, ikinci mərhələdə isə Azərbaycanın Zəfəri və şəhərin azad olunması reallaşdı. Nəticədə hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi ilə layiqli cəza verildi.

Lakin haqq savaşımız hələ də davam edir. Azərbaycanın daxili və xarici siyasətinə edilən təzyiqlər göstərir ki, son mərhələ yoxdur. Azərbaycan xalqı hər zamankından daha çox əyilməz iradə nümayiş etdirməli və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. Dövlətimizə, dövlətçiliyimizə və legitimliyimizə yönələn təhdidlərə dərhal cavab vermək lazımdır. Çünki Azərbaycan bu reallığa heç kimin köməyi olmadan nail olub, güclü iqtisadiyyat və peşəkar ordu yaradıb.

Son zamanlarda baş verən hadisələr bir daha sübut edir ki, Prezident İlham Əliyev düzgün və düşünülmüş addımlar atıb. Azərbaycan xalqının inamı heç vaxt sarsılmayıb. Xalq inanırdı ki, vaxt gələcək, Memorial Kompleksi məhz Xocalıda ucaldılacaq – və bu gerçəkləşdi”,- deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, bu gün Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Dövlətimiz güclü, xalqımız ləyaqətli və regiona sülh gətirən bir güc olaraq tanınır. Sülhün təminatçısı Azərbaycan dövlətidir və regionun inkişaf modeli də Azərbaycan nümunəsi əsasında qurulmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Mart 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri