Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə üç kateqoriya üzrə mükafat qazanıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalının “Global Brands Awards” beynəlxalq müsabiqəsində üç kateqoriya üzrə uğur əldə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi müsabiqənin “Ən yaxşı məşğulluğa dəstək agentliyi”, “İşçi qüvvəsinin inkişafında mükəmməllik” və “Aparıcı dövlət məşğulluq agentliyi” kateqoriyaları üzrə qalib seçilib.
Agentliyin adı qalib olaraq “Global Brand Award” müsabiqəsinin rəsmi səhifəsində də yer alıb.
Müsabiqə müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların uğurlu iş təcrübələrini qlobal səviyyədə tanıtmaq məqsədilə təsis edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















