Icma.az
close
up
RU
Dövlət Mülki Aviasiya Agentliyi və ICAO tərəfdaşlıq sənədi imzalayıb FOTO

Dövlət Mülki Aviasiya Agentliyi və ICAO tərəfdaşlıq sənədi imzalayıb FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb.

Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, sənədi DMAA-nın direktor müavini Nazim Ziyadov və ICAO-nun Baş katibi adından Avropa və Şimali Atlantika Ofisinin direktoru Nikolas Rallo imzalayıb.

Bildirilib ki, ICAO Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyi nümayəndə heyəti COP29-un işində iştirak edir.

ICAO Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyupinin moderatorluq etdiyi “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq beynəlxalq aviasiya üçün təmiz enerji keçidinin həyata keçirilməsi” sessiyasında beynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradan qaldırılmasında ICAO-nun əldə etdiyi son nailiyyətlər təqdim edilib.

Tədbirdə, o cümlədən 2050-ci ilə qədər “Xalis Sıfır” karbon emissiyası səviyyəsinə nail olunması Uzunmüddətli Qlobal Ambisiya Məqsədi (LTAG) çərçivəsində dayanıqlı aviasiya yanacağı (SAF), aşağı karbonlu aviasiya yanacağı (LCAF) və aviasiya enerjisinin digər təmiz formalarına keçid üzrə görülən işlər, planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Sessiyada aviasiya sahəsinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün maraqlı tərəflərə təmiz enerjinin tətbiqində və aviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələri birləşdirməyə bir daha çağırış edilib.

Tədbir zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov çıxışında dövlətimizin iqtisadi siyasətinin ekoloji prioritetləri barədə məlumat verib, aviasiya sahəsində ICAO ilə uzunmüddətli effektiv əməkdaşlığın təqdirəlayiqliyini xüsusilə vurğulayıb.

Qeyd edək ki, “ACT-SAF” tərəfdaşlığı ölkəmizin istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə hədəflərə nail olunmasında mühüm dəstək olacaq və ekoloji inkişaf potensialının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində müsbət rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Noyabr 2024 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see198

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see196

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri