Dövlət Neft Şirkətinin rüblük hesabatı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 21 min metrdən çox qazma işləri həyata keçirib. Hesabat dövründə həyata keçirilən qazma işləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,3 faiz artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft, 1,7 milyard kubmetr qaz hasil olunub.
Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin üçüncü rübü üzrə Azərbaycanda 6,6 milyon ton xam neft hasil olunub. SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri, təxminən, 4 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.
Bu ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan çox neft, 632 milyon kubmetrə yaxın qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8 faiz artım qeydə alınıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Noyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















