Xəstəxanalar həkim qəbuluna özbaşına limit tətbiq edirmiş? Rəsmi AÇIQLAMA/ÖZƏL
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
TƏBİB tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb.
Bu barədə Bizim Media-ya açıqlamasında TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev bildirib.
Onun sözlərinə görə, tibb müəssisələrində onlayn növbə tətbiq edilir və növbənin başlamasına 20 dəqiqə qalmış vətəndaş xəstəxanaya yaxınlaşıb, növbəsini aktivləşdirib qəbulda olmalıdır.
"TƏBİB tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb. Bununla bağlı şikayətlər varsa, hansısa müəssisədə belə bir hal yaşanıbsa, TƏBİB-ə məlumat verilsə, araşdırıla bilər. Həkimlərin iş vaxtı var, amma iş saatı daxilində xəstə qəbulu ilə bağlı hər hansı bir limit yoxdur".
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Noyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















