Icma.az
close
up
RU
Dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmədə təqsirləndirilərək bəraət almış M.Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, M.Məmmədov Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışla xüsusi mülkiyyətində olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təyinatına uyğun olmayaraq plastik materialdan müxtəlif təyinatlı məhsulların istehsalatı fəaliyyəti göstərmək məqsədilə qeyri-yaşayış obyektinin inşa edilməsi ilə bağlı tikinti işləri aparıb. Bu zaman o, qanunvericilikdə qeyd olunan qaydaları kobud surətdə pozub.

Belə ki, M.Məmmədov Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar dövlət baş ekspertiza idarəsinin tikintinin layihəsinə rəyi və Göyçay Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə sənədi olmadan aparılan tikinti işləri FHN-in Baş dövlət tikinti müfəttişliyinin səlahiyyətli şəxsləri tərəfindən 13 aprel 2023-cü il tarixli texniki baxış aktı tərtib olunub. Lakin buna baxmayaraq, o, həmin torpaq sahəsində uzunluğu 88 metr, eni 48,5 metr sahədə 2,7 metr hündürlüyündə mişar daşlarından hörgü işləri aparıb və 5 metr hündürlüyündə sütunlar quraşdırılmış tikinti işlərini dayandırmayıb. Nəticədə, M.Məmmədov “qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması” barədə 17 aprel 2023-cü il tarixli qərarı qəsdən qərəzli olaraq icra etməyib.

Göyçay Rayon Məhkəməsinin hökmü ilə o, bəraət alıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin hökmü dəyişdirmədən saxlayıb. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Aprel 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see168

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see145

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see144

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see137

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see136

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see134

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see130

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see129

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see127

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see127

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see127

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see125

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see122

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see119

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see118

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see117

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

27 Aprel 2025 21:44see116

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see113

“Bavariya”nın müdafiəçisi Premyer Liqaya doğru

28 Aprel 2025 12:44see112

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri