Icma.az
close
up
RU
Dövlət öz iqtisadiyyatına qarşı müharibə aparır

Dövlət öz iqtisadiyyatına qarşı müharibə aparır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya Federasiyasının iqtisadiyyatında çöküş sürətlənib. Bu haqda Rusiyada nəşr olunan və ölkənin Xarici Kəşfyyat Xidmətinə yaxınlığı ilə tanınan "Nezavisimaya qazeta" (NQ) geniş məqalə dərc edib. Məqalənin müəllifi NQ-nin iqtisadiyyat şöbəsinin müdiri Mixail Sergeyevdir.

Müəllif yazır ki, Rusiyada 2025-ci ildə yeni investisiya planlarından imtina edən müəssisələrin sayı əvvəlki dövrə nisbətən kəskin artıb. Buna əsas səbəb olaraq Rusiyanın Ukraynaya qarşı apardığı müharibə göstərilir. Qəzet bunu "xüsusi hərbi əməliyyat" adlandırsa da, mahiyyət təcavüzkar müharibədir.

İqtisadi reqressin daha bir səbəbi kimi kreditlərin hədsiz bahalaşması göstərilir.

Məqalədə yazılır ki, heç də bütün metallurgiya zavodları "artım raportları verə bilmir". Həmçinin o da qeyd olunub ki, Rusiya Dövlət Statistika Komitəsinin (Rosstat) investisiya qoyuluşunun 9 faiz artdığını göstərsə də, müəssisələr investisiya layihələrindən imtina etdiklərini bildirirlər. Başqa sözlə, rəsmi statistika ilə real vəziyyət arasında ziddiyyət var.

Əslində Ukraynada apardığı təcavüzkar müharibə nəticəsində Rusiyanın iqtisadi vəziyyətinin sürətlə və hərtərəfli pisləşdiyini adi gözlə də görmək olar.

Rusiya Elmlər Akademiyası Xalq Təsərrüfatının Proqnozlaşdırılması İnstitutunun apardığı tədqiqatlara istinad edən qəzet yazır ki, investisiya fəallığı 2024-cü ilin yazında son 12 ilin ən yüksək həddinə çatmışdı (63,7 faiz), 2025-ci ilin yazında isə bu rəqəm minimuma - 49,7 faizə düşüb. Məqalədə Rusiya iqtisadiyyatındakı tənəzzülü aşkar göstərən xeyli faktlar, tədqiqat nəticələri, rəqəmlər və rəsmi şəxslərin çıxışlarından bədbin sitatlar var.

Yazının tam mətni ilə bu linkdə tanış ola bilərsiniz:

https://www.ng.ru/economics/2025-07-10/4_9291_indicator.html

Artıq uzun müddətdir, Rusiya hökumətinin iqtisadi blokuna daxil olan nazirliklərin, dövlət komitələrinin və agentliklərin rəhbər şəxsləri, mütəxəssisləri davamlı olaraq, həyəcan təbili çalır. Bu yaxınlarda Rusiya Mərkəzi Bankı sədrinin müavini səviyyəsində də Rusiya iqtisadiyyatındakı acınacaqlı vəziyyət təsvir olunmuş və müharibə davam edəcəyi təqdirdə bədbin proqnozlar verilmişdi. NQ-dəki məqalədən də göründüyü kimi, Rusiya baş nazirini birinci müavini Denis Manturov da bir çox sahələrdəki aşkar geriləmələri etiraf edib.

Rusiyada iqtisadiyyata cavabdeh dövlət rəsmiləri artıq ölkənin müharibəni davam etdirməyə real iqtisadi gücünün çatmayacağını deyirlər. Eyni zamanda Rusiya iqtisadiyyatına artan xarici sanksiyalar öz təsirini göstərir. Real vəziyyət bundan ibarətdir ki, Rusiyanın 90 federasiya subyektinin yarısında iqtisadi fəallıq ən azı yarıbayarı düşüb. Elə regionlar var ki, bütün iqtisadi sahələr üzrə çöküş qeydə alınıb.

Rusiyanın təbliğat ruporları olan media orqanları, ayrı-ayrı siyasətçilər, "ekspertlər" deyirlər: "Rusiyadan Azərbaycaba gedən pulları dayandırarıq" və sair. Belə getsə, Rusiyadakı miqrantların nəinki öz ölkələrinə - ailələrinə göndərməyə, heç orda özünü dolandırmağa pulu olmayacaq. Vladimir Solovyov Azərbaycan pomidorunu almayacaqları ilə təhdid edir. Məsələ ondadır ki, Rusiya baş nazirinin birinci müavini Denis Manturovun etiraf etdiyi kimi, Rusiya iqtisadiyyatında neqativ proseslər davam etsə, Azərbaycanın öz kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməsi Azərbaycanın özünə, öz fermerlərinə, sənaye müəssisələrinə sərfəli olmaya bilər. Çünki Rusiyada əhalinin alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Azərbaycan isə çox davamlı və effektli Yaxın Şərq siyasəti qurub; bir ərəb ölkələrinə daha çox məhsul satmaq imkanı var, nəinki Rusiyaya. Başqa sözlə, bu cür təhdidlər elə də ciddi qəbul olunmur.

Rusiya özü Azərbaycanla iqtisadi əlaqələrə zərbə vuran addımlar atır. Məsələn, götürək baş nazirin müavini - hökumətlərarası iqtisadi komissiyanın Rusiya tərəfdən olan sədri Aleksey Overçukun iyunda Bakıya baş tutmayan səfərini. Bu səfərin gerçəkləşməməsi Rusiya tərəfinin birbaşa təqsiridir. Həmin ərəfədə Rusiyanın güc strukturları Yekaterinburqda arasında Rusiya vətəndaşları da olan etnik Azərbaycanlılara basqın etdilər, zorakılıq və işgəncələr nəticəsində iki Azərbaycanlı öldürüldü, xeyli Azərbaycanəsilli şəxs xəsarət aldı, həbs olundu. Buna cavab olaraq, Azərbaycan hökuməti Overçukun səfərini məqsədəuyğun saymadı. Bu, təbii, siyasi və insani refleks idi. Həmin səfərdə yeni investisiya layihələri haqda birgə qərar veriləcəkdi, Rusiya iqtisadiyyatı da qazanacaqdı. Ancaq Kreml özü buna mane oldu. Ardınca isə bu cür hücumları davam etdirdi.

Rusiyanın elə öz mediasını, öz rəsmi qərarlarını, rəsmi şəxslərin çıxışlarını təhlil edəndə, bu dövlətin öz səhvini israrla davam etdirdiyi aydın görünür. Generallar müharibənin davam etməsində maraqlıdırlar; müharibə dövründə siyasi qərarlara generalitetin təsiri üstün olur, eyni zamanda onlar - generallar müharibədən varlanırlar. Ancaq iqtisadçılar, maliyyəçilər tamamilə əks fikirdədirlər. Müharibənin davam etməsinin dərin böhran yarasacağını (artıq yaratdığını) görən ayıq mütəxəssislər hələ ki generallara uduzurlar. Rusiya kəşfiyyatının qeyri-rəsmi orqanı olan NQ də hələ ki uduzanların səsidir.

P.S. Yeri gəlmişkən, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Prezident Putinin ən yaxln silahdaşlarından olsa da, Ukraynaya qarşı müharibənin qatı tərəfdarlarından olmamışdı. 2022-ci ildə Rusiya Təhlükəsizlik Şurasının iclasında Putin Narışkindən müharibəyə dəstək ifadəsini zorla qopartmışdı. Artıq sonradan Narışkin istefa vermədi və bu təcavüzkar müharibədə Putinin əmrlərini icra edib və edir.

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri