Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Əziz dostum Anar Niftəliyev, 2019-cu ilin sentyabrında “Azloqos”a verdiyim müsahibə ilə bağlı yazdığın qeydləri böyük maraq və minnətdarlıqla oxudum. Təftişçi yanaşmanı, göstərdiyin bəzi iradları, diqqət mərkəzinə çıxartdığın məqamları qiymətləndirirəm. Onların bir çoxunda tamamilə haqlısan. Lakin həmin müsahibə Əli Kərimli, Cəmil Həsənli və ya Milli Şura barədə hazırlanmış xüsusi ifşa yazısı deyildi. Mövzu “Yeni Müsavat” qəzetinin 30 illik yubileyi idi və müsahibənin mahiyyətinə uyğun olaraq yalnız ötəri şəkildə bəzi məqamlara toxunmuşdum.

O vaxt Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi, ölkənin informasiya siyasəti onun və Əli Həsənovun nəzarətində idi. Media azadlıqları getdikcə daha çox məhdudlaşdırılırdı və mənim üçün aktual olan da bu idi. O mövzuda da danışmışam; amma onları da təftiş etsəniz, təbii ki, bəzi suallar, iradlar ortaya çıxa bilər. Amma demədiklərimi boş verin, dediklərim yetərlidir — orada söylədiyim bir sıra məqamlar bu gün ölkə gündəminə oturmuş mövzulardır. Əli Kərimlinin ünvanına müsahibə janrında 6 il əvvəl söylədiklərim bu gün az qala rəsmi ittiham aktının süjetini təşkil edir.

Mən bu gün haqqında sensasion vurğu ilə danışılan proseslərin çoxunun içində şəxsən olmuşam. 2011–2013-cü illərin siyasi kulislərini, İctimai Palatanın rəhbərlərindən biri kimi aparılan prosesləri, gizli və açıq danışıqları çox yaxşı bilirəm. Bunlar barədə də çoxsaylı yazılar yazmış, müsahibələr vermişəm. Əli Kərimli də, Cəmil Həsənli də, başqaları da mənimlə ayrıca görüşlər keçirib, Milli Şura planı barədə müzakirələr aparıblar. Onları xatırlayıb çox şey deyə, yaza bilərəm. Mövzu aktuallaşıb — yəqin ki, bundan belə bir sıra məqamları da açıqlayacağam.

Bəli, sizinlə razıyam: Əli Kərimli 90-cı illərdən etibarən Ramiz Mehdiyevin siyasi aləti idi. Onu Elçibəylə İsa Qəmbərin arasında destruktiv element kimi istifadə edirdilər. Elçibəyin AXC-yə nəzarətini məhdudlaşdırmaq, Kələkidə olduğu müddətdə İsa Qəmbərə açıq dəstək verməməsi üçün onu böyütmək… Əli Kərimlinin 1995-ci ildə deputat seçilməsi, 2000-ci ildə təkrar mandat alması onun “Ramiz dayısı”nın jesti idi.

Bu mövzuda 90-cı illərdə çoxsaylı yazılar yazmışam. O dərəcədə üstünə gedirdim ki, Elçibəy Kələkidən “daha bəsdi, ara ver” mesajı göndərirdi. Əslində isə onu və Asim Mollazadəni mediada sıxışdırmamı həm də Böyük Bəy özü xahiş edirdi. Maraqlarımız üst-üstə düşdüyü üçün mən də bunu məmnuniyyətlə edirdim. “Daha bəsdi” deyəndə isə bəzən dayanmaq olmurdu: Əli Kərimli artıq AXC-nin qəzetlərinə nəzarət edirdi, cavab imkanları yaranmışdı, bu baxımdan aramızdakı çəkişmə çox zaman “Azadlıq” – “Yeni Müsavat” savaşına çevrilirdi.

Deputat mandatı, media dəstəyi, maddi və siyasi imkanlar — bütün bunlar onun müəyyən məqsədlər üçün hazırlanmasının tərkib hissəsi idi. Biz “Yeni Müsavat” olaraq o dövrdə onun hakimiyyətlə əməkdaşlığını yazanda, onun şikayətləri əsasında dəfələrlə prokurorluğa çağırılırdıq. Saatlarla saxlanıldığımız vaxtlar olub. Bunların hamısını yaşamışam və unutmamışam.

2012-ci ildə Rusiyada qurulan Milyarderlər İttifaqının 2013-cü ildə Bakıda Milli Şura formatına çevrilməsi də təsadüfi deyildi. Bu, Moskvanın Azərbaycan üçün hazırladığı siyasi model idi. Eyni zaman kəsiyində eyni mexanizmi Gürcüstanda da tətbiq etmişdilər: İvanişvili adlı milyarder — “broker-lider” — 2011-ci ildə siyasətə gətirildi və nəticədə 2012-2013-cü illərdə Gürcüstanı qərbyönümlü siyasətçilərdən aldı, Saakaşvilini ölkəsindən qovdu.

Azərbaycanda isə Abbas Abbasov və Rüstəm İbrahimbəyov vasitəsilə eyni “broker-lider” modeli quruldu. Gürcüstanda Saakaşvilini devirmək üçün 1 milyarder ortaya atılmışdısa, Azərbaycanda İlham Əliyevə qarşı bir dəstə milyarderi təşkilatlandırmışdılar. Məqsəd seçkilər vasitəsilə hər iki ölkədə hakimiyyəti dəyişmək idi. Gürcüstanda bu baş tutdu, amma Azərbaycanda İlham Əliyevin siyasi iradəsi və qabiliyyəti bu ssenarini dağıtdı. Azərbaycan Rusiyanın pəncəsinə atılmadı, parçalanmadı, milli dövlətçiliyimiz qorundu.

İvanişvili Gürcüstan mediasını, müxalifətini, ictimai rəyini və seçicilərin səsini satın aldı; Abbas Abbasovun brokerliyində isə yalnız Azərbaycan müxalifətinin bir qismini satın ala bildilər.

Əlbəttə, bir yubiley müsahibəsində bütün gizli danışıqları, siyasi arxitekturanın iç üzünü detallı şəkildə danışmaq mümkün deyildi. Nə müsahibənin forması, nə vaxtı, nə də konteksti buna imkan verirdi. O zaman müsahibənin illər sonra yenidən aktuallaşacağını da təbii ki, bilmirdim. Amma əminəm ki, orada dediklərim bu günün siyasi reallığının mühüm parçalarıdır və tamamilə doğrudur.

Milli Şura Rusiyada hazırlanmış bir xəyanət modeli idi. Milyarderlər İttifaqı onun maliyyə dayağı idi. Azərbaycan siyasətinə ilk dəfə Rusiyanın hazır layihəsi gətirilmişdi və bunun nəticələrinin nə qədər ağır ola biləcəyini o dövrdə yüksək səslə deyir, yazırdım. AXCP–Milli Şura klanı isə məndən daha yüksək səslə şəxsimi suçlayır, məni iqtidara satılmaqda ittiham edirdi.

Mən isə əminliklə deyirdim, indi də deyirəm: xəyanət də, satqınlıq əməli də onlarda idi. İlham Əliyev qarşısını almasaydı, Azərbaycanı Rusiyaya peşkəş edəcəkdilər. İndi nə Zəfərimiz olardı, nə Qarabağımız, nə də bütövləşmiş Azərbaycan. Əli Kərimlini, Cəmil Həsənlini, digər MŞ rəhbərlərini isə elə ilk aydaca Abbas Abbasova öldürtdürəcəkdilər. Moskva ortaqlıq sevmir!

Başa düşürəm ki, yenə də demədiklərim qaldı…

Hörmətlə,

Rauf Arifoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Dekabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri