Icma.az
close
up
RU
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alan BDU məzunu universitetdə işlə təmin olunub

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alan BDU məzunu universitetdə işlə təmin olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan məzunu Asif Mustafayev universitetdə işlə təmin olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Asif Mustafayev 2005-ci ildə BDU-nun Hüquq fakültəsinin bakalavriat səviyyəsini bitirib. O, 2006-cı ildə hərbi xidməti başa vurduqdan sonra Ədliyyə Nazirliyində qulluğa qəbul olunub və 2013-cü ilə qədər nazirliyin yerli qurumlarında müxtəlif vəzifələrdə çalışıb, II dərəcəli ədliyyə qulluqçusu rütbəsi alıb. Asif Mustafayev 2014-2017-cü illərdə Almaniyanın Köln Universitetinin Hüquq fakültəsində dövlət, Avropa və beynəlxalq hüquq ixtisası üzrə magistratura təhsili alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

2018-ci ildə Vəkillər Kollegiyasının üzvü seçilən Asif Mustafayev 2019-cu ildə saathesabı qaydada BDU-nun Hüquq fakültəsinin magistratura səviyyəsinin alman dili bölməsinin tələbələrinə “Avropa ətraf mühit hüququ” və “Avropa xüsusi hüququ” fənlərini tədris edib. Asif Mustafayev 2019-cu ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Köln Universitetinin doktoranturasına qəbul olunub və 2023-cü ildə “Almaniya və Azərbaycanda kibercinayətkarlıq sahəsində qanunvericiliyin regional və beynəlxalq normativ tələblərin nəzərində müqayisəli təhlili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2024-cü ildə Köln Universitetinin Hüquq fakültəsi tərəfindən ona hüquq doktoru elmi dərəcəsi verilib.

Asif Mustafayev 2020-ci ildən etibarən Ədliyyə Akademiyası, Baş Prokurorluğun Təlim-Tədris Mərkəzi, Vəkillər Kollegiyasının Akademiyası, Mərkəzi Bank və digər qurumlarda “Kibercinayətkarlıq”, “Uşaqların onlayn cinsi istismarı”, “Süni intellekt, hüquq və etika”, “Rəqəmsallaşma və cinayət prosesi” kimi mövzularda mühazirələr oxuyub, təlimlər keçib. O, Vəkillər Kollegiyası nəzdində yaradılmış Kibercinayətkarlıq Komitəsinin sədri, Avropa Vəkillər Kollegiyasının “Elm və Avropa hüququ” Komitəsinin, Almaniyada müxtəlif təhsil qurumlarının təmsil olunduğu Süni İntellekt İşçi Qrupunun üzvüdür. Asif Mustafayev 2016-2019-cu illərdə Almaniya Federal Miqrasiya İdarəsində tərcüməçi-mütəxəssis, 2022-2025-ci illərdə isə bu ölkənin Bremen şəhərində özəl təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olub.

Elmi-pedaqoji fəaliyyəti və təşkilati işlər üzrə bacarıqları nəzərə alınaraq, Asif Mustafayev Hüquq fakültəsinin nəzdində Hüquq klinikasının rəhbəri təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri