Dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikasına görə tərtib edilən cərimə protokollarının sayı açıqlanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 dekabr, Günel Türksoy, foto Nicat Haşımov, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasını, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirir, eləcə də traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan qəbulu və sürücülük vəsiqələrinin verilməsi ilə bağlı fəaliyyəti icra edir. Cari ildə AXA əməkdaşları tərəfindən 43 min 581 ədəd nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirilib, 10 min 406 ədəd nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb. Həmçinin 1385 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi üzrə imtahan həyata keçirilib, 2 min 233 ədəd etibarlılıq müddəti bitmiş və ya xarab olmuş sürücülük vəsiqəsi dəyişdirilib.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev deyib.
Agentlik sədri qeyd edib ki, mütəmadi keçirilən monitorinqlər çərçivəsində mexanizatorlarla mövcud qaydalar, aşkar edilmiş nöqsanlar və profilaktik tədbirlər barədə maarifləndirici söhbətlər aparılıb, texniki təhlükəsizlik və utilizasiya qaydaları izah olunub: “Dövlət qeydiyyatına alınmayan və texniki baxışa təqdim olunmayan texnikalara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə, 990 ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilib.
Həmçinin respublika ərazisində nasaz texnikaların aşkarlanması və texniki baxışdan yayınan texnikaların texniki baxışa cəlb olunması və bu sahədə nəzarəti gücləndirmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb. Növbəti ildən onun icrasına başlanacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















