Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Son 4 ildə dövlət qulluqçularının maaşı 62 faiz artıb TƏHLİL

Son 4 ildə dövlət qulluqçularının maaşı 62 faiz artıb TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 iyun, AZƏRTAC

Son 4 ildə dövlət qulluqçularının sayı 2,6 faiz və ya 688 nəfər artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Media Təhlil Mərkəzinin hazırladığı təhlildə qeyd olunub.

Ötən ilin sonuna olan rəqəmlərə əsasən, ölkədə dövlət qulluqçularının sayı son bir ildə 224 nəfər artaraq 27 min 360 nəfər olub. Onlardan 69,7 faizini kişilər, 30,3 faizini isə qadınlar təşkil edib.

Bildirilib ki, son 4 ildə dövlət qulluğunda çalışan kişilərin sayı 1,3 faiz və ya 256 nəfər azalıb, qadınların sayı 12,9 faiz və ya 944 nəfər artıb. Son bir ildə isə kişi dövlət qulluqçularının sayı 5 nəfər azalıb, qadınların sayı 229 nəfər artıb.

Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda dövlət qulluqçularının 18,2 faizi (4979 nəfər) 30-34 yaşlarındadır.

Yaşa görə sayı ən az olan dövlət qulluqçularını 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edir. Bu yaş qrupuna aid şəxslər ümumi dövlət qulluqçularının cəmi 2 faizini təşkil edir. Səbəb isə pensiya yaşının 65 olmasıdır.

Dövlət qulluqçuları arasında 25 yaşadək olan şəxslərin sayı 757 nəfərdir. Onlar ümumi sayın 2,8 faizini təşkil edir.

Aparılan təhlil zamanı məlum olub ki, 25 yaşadək olan dövlət qulluqçularının sayında qadınlar kişiləri üstələməyi bacarıb. Bu yaşadək olan qadın dövlət qulluqçularının sayı 419 nəfər olub ki, bu da 25 yaşadək dövlət qulluqçularının 55,4 faizini təşkil edib.

Digər yaş qrupları üzrə kişilər böyük üstünlük təşkil edib. Ən böyük gender fərqi 65 və daha yuxarı yaşlı dövlət qulluqçuları arasında olub. Bu yaş qrupuna daxil olan dövlət qulluqçularının 439 nəfəri (82,2 faiz) kişidir.

Aşağıdakı cədvəldən də göründüyü kimi, son 4 ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği hər il davamlı olaraq artıb.

Son olaraq 2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği 1971 manat təşkil edib ki, bu da son bir ildə bu məbləğin 2 faiz artması deməkdir. Qeyd edək ki, eyni ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1009 manat təşkil edib.

Son 5 il ərzində ən yüksək artım 2022-ci ildə qeydə alınıb. 2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği bir il ərzində 40,1 faiz artaraq 1785 manat olub.

Xatırladaq ki, son 4 ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı məbləği 62,2 faiz və ya 756 manat artıb. Bu dövrdə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği isə 42,6 faiz və ya 302 manat artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri