Icma.az
close
up
RU
Dövlət qurumları niyə bu qədər borc alıb? TƏHLİL

Dövlət qurumları niyə bu qədər borc alıb? TƏHLİL

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın yüksək maliyyə dayanıqlığına və xarici borclarını tam qarşılamaq imkanına malik ölkə olduğunu hər dəfə xüsusi vurğuyla qeyd edirik. Ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edir ki, bu da xarici dövlət borcu üzrə göstəricini təqribən 17,7 dəfə üstələyir. Ümumi dövlət borcu (daxili və xarici) 25 milyard 987,5 milyon manat olmaqla, 2025-ci il üzrə Ümumi Daxili Məhsulunun (ÜDM) 20,1%-ni təşkil edib. Bunun 4 milyard 813,5 milyon ABŞ dolları (təxminən 8,18 milyard manat) xarici, 17 milyard 804,5 milyon manatını daxili dövlət borcudur. Daxili borcun 9 milyard manatı dövlət qiymətli kağızlarının payına düşür.
Xarici dövlət borcu portfelinin 42,7%-i Maliyyə Nazirliyinin, 57,3%-isə digər qurumların icra etdikləri proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər təşkil edir. Maliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ən çox xarici borc alan dövlət qurumları sayılırlar. 4 qurmun hər birinin xarici bocu 1 milyard manatdan çoxdur. İlin əvvəlinə olan məlumata görə Maliyyə Nazirliyinin 3 milyard 494,9 milyon manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 milyard 433 milyon, “Azərbaycan Dəmir Yolları” QSC-nn 1 milyard 294,6 milyon, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 1 milyard 30,7 milyon manat xarici bocu var.
Hökumət adından çıxış edən Maliyyə Nazirliyini qoyuram kənara. Adları çəkilən digər qurumların niyə bu məbləğdə xarici borcları olmalıdır? Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi hər biri üzrə az qala 2 milyard manata yaxın olan borclarını öz təsərrüfat hesablarına qaytara biləcəklərmi? Əsas sual bundan ibarətdir!
Kənd Təsərrüfatı Nazirliyinin 194,0 milyon manat xarici borcu var. Halbuki, ölkədə aqrar sektorun xarici borca bəlkə daha çox ehtiyacı vardır. Dövlət bu qurumun xəttilə xarici borclanmaya daha çox yol açmalı, zəmanətlə çıxış etməlidir. Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kimi qurumların "problem və ehtiyaclarını" daxili maliyyə resursları hesabına da ödəmək olar.
Ümumi strateji ehtiyatların təxminən 86,5%-i (yəni 73,5 milyard dollar) Dövlət Neft Ehtiyatları Fondunun (ARDNF) payına düşür. Adları çəkilən qurumların xarici vəsaitlər sayəsində borclanmaları effektiv xarakter daşıyırsa, başqa sözlə desəm, səmərəlilik dərəcəsi varsa, niyə 1 milyard manatdan bir az artıq vəsait bank sektoru vasitəsilə ARDNF-ə məxsus ehtiyatdan kredit xətti şəklində açılmır? Bu məsələ ilə bağlı hesablanma aparılmalı, qurumların təsərrüfat fəaliyyətləri yoxlanılmalı və mexanizm qurulmalıdır.
Ən çox narahatlıq doğuran məqam odur ki, bu il ölkə üzrə xarici dövlət borcu artırılacaq. 2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard, xarici isə 6 milyard manat müəyyən olunub. Bu, keçən illə müqayisədə müvafiq olaraq eyni və 71,4% çox deməkdir. Xarici borclanmanın artırılması əlbəttə, problem deyil. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə, dövlətin yükləndiyi borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi vardır. Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır. 2026-cı il üzrə büdcədə dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457.6 milyon manat vəsait ayrılıb ki, bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat çoxdur.
Xaricdən borc alınması planı və tendensiyası ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans nəzərə alınmalıdır. Ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə ilə müqayisədə təqribən 25%-ə qədər yüksələcəyi halda, dövlət büdcəsinin gəlirləri cəmi 1,5 milyard manat və yaxud 3,9% artacaq.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Fevral 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri