Icma.az
close
up
RU
Güclü dövlət güclü ordu TƏHLİL

Güclü dövlət güclü ordu TƏHLİL

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Döyüş taktikaları günbəgün sürətlə dəyişir. Nəticədə ənənəvi döyüşlər, zirehli döyüş texnikalarının tətbiqi ilə icra olunan hərbi əməliyyatlar tarixə qovuşur. Onların yerini zəkalı dronlar, hipersəs sürətli silahlar, hətta özü qərarlar qəbul etməyi bacaran döyüş robotları tutur. Azərbaycan da öz hərbi arsenalını mütəmadi yenilən ölkələr sırasındadır.

Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bunun şahidi olduq. Yeri gəlmişkən qeyd edək ki, hərbi parad hər dövlətin gücünü, qüdrətini və nəyə qadir olduğunu, ölkənin təhlükəsizliyinin qorunmasını nümayiş etdirən tədbir növüdür. Belə ki, həmin gün digər hərbi silahlarla yanaşı, ordumuzun arsenalına yeni əlavə edilən hərbi texnika da nümayiş etdirildi. Bu sırada silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” idarəolunan yaylım atəşli reaktiv sistemini, PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemini, PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” əməliyyat taktiki raket kompleksini, beşinci nəsil İCEBREAKER qanadlı raket kompleksini və “LORA” əməliyyat-taktiki raket sistemlərini, "C-27J" yük, “JF-17” çoxməqsədli qırıcı təyyarələrini və s. misal göstərmək olar.

Paradda Milli Müdafiə Sənayesinin məhsulu olan “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələrini, “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksini və digərləri də görmək qürurverici idi. Bütün bunları isə Ordumuzun müasir dövrlə ayaqlaşması kimi dəyərləndirilməlidir.  

Onu da vurğulayaq ki, Ordunun gücləndirilməsi təkcə arsenalına daxil edilmiş yeni texnikalar, silahlar, raketlərdən ibarət deyildi. Belə ki, paradda 4000 yüksək təlimli Xüsusi Təyinatlı Qüvvələr (XTQ) yer almışdı. Halbuki Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda 2000-ə yaxın xüsusi təyinatlı var idi. Yeri gəlmişkən qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı əsasında təşkil edilmiş XTQ misli görünməmiş şücaət göstəriblər. Belə ki, Şuşanın erməni dığalarından təmizlənməsi onların adı ilə bağlıdır. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini də xatırlatmaq yerinə düşər: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm”. 

Bəli, 2020-ci ildə Ermənistana qalib gələn Azərbaycan bu gün həqiqətən də güclü orduya, güclü Silahlı Qüvvələrə malikdir. Ordumuzun döyüş qabiliyyəti günbəgün artırılır, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz olunur. Bir sözlə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir. Hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhu, nizam-intizamı da günün tələbləri səviyyəsindədir. 

Bir məsələni də vurğulayaq ki, noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev ordumuzun NATO standartlarına uyğunlaşdırıldığını və bu kontekstdə Türkiyə ordusu ilə sıx əməkdaşlıq edildiyini xüsusi vurğulamaqla yanaşı, Silahlı Qüvvələrimizin müasirləşdirilməsi prosesinin bundan sonra da davam edəcəyini qeyd etmişdir. Şübhəsiz, rəsmi Bakının ordunu gücləndirməkdə məqsədi dünyada baş verən proseslər, çətin coğrafiyada yerləşməsi ilə bağlıdır. Həm də bu, ordumuzun bütün regionda sülhün və təhlükəsizliyin zəmanətçisi kimi çıxış etməsindən irəli gəlir. 
Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri