Icma.az
close
up
RU
Dövlət qurumları üçün strateji və böhran kommunikasiyası təlimləri başlayıb FOTO

Dövlət qurumları üçün strateji və böhran kommunikasiyası təlimləri başlayıb FOTO

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb.
APA xəbər verir ki, medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb.
Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova qeyd edib ki, müasir dövrdə informasiya məkanındakı sürətli dəyişikliklər və rəqəmsal transformasiyalar strateji kommunikasiyanın rolunu daha da artırmaqla dövlət qurumları və cəmiyyət arasında effektiv əlaqənin qurulmasını, məlumatların düzgün və operativ şəkildə təqdim edilməsini, qarşılıqlı etimad mühitinin gücləndirilməsini zəruri edir. O, media subyektləri ilə əlaqələrin təkmilləşdirilməsinin, xüsusilə də böhran vəziyyətlərində ardıcıl və koordinasiyalı mesajların verilməsinin vacibliyinə toxunaraq bildirib ki, bu kimi təlimlər mətbuat xidmətlərinin peşəkarlığının artırılmasına və daha çevik kommunikasiya strategiyalarının hazırlanmasına mühüm töhfə verir.
ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri Aygün Hacıyeva çıxışında bildirib ki, təlim proqramı iştirakçılara strateji kommunikasiyanı dövlət qurumlarında praktik fəaliyyət sahəsi kimi dərk etməyə, onun funksiyaları, strategiyaları və texnikaları ilə tanış olmağa şərait yaradır. O diqqətə çatdırıb ki, müxtəlif kontekstlərdə strateji və böhran kommunikasiyasının tətbiqinə dair nümunələrin öyrənilməsi, aktual təcrübələrin təhlili və müzakirəsi iştirakçıların bilik və bacarıqlarının artırılmasına zəmin yaradacaq.
ADA Universitetinin Siyasət araşdırmaları, təhlil və nəşrlər üzrə direktoru, professor Damyan Krnceviç Mişkoviç “Əsaslar, təriflər və reputasiyanın idarə edilməsi: Media seçimləri, PR kampaniyaları, kommunikasiya dövrünün dəstəklənməsi”, “Böhran hallarına hazırlıq və tədbirlər: Uğursuzluq yolu ilə öyrənmə, yenilənmə və bərpa prosesinin müqayisəsi”, “Göz və qulaq üçün yazı: Mesajın dizaynı, dil abstraksiyası və seçim, hisslərin idarə edilməsi” adlı üç sessiyada çıxış edərək, kommunikasiyaya məsul şəxslərlə mövcud və yeni yanaşmalar ətrafında müzakirə aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Aprel 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri