Dövlət qurumlarına və xəstəxanalara əmr gəldi: Girovları qəbul etməyə hazırlaşın
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin dövlət qurumları və xəstəxanalarına Qəzza zolağında Fələstinin Həmas hərəkatı ilə mümkün sövdələşmə çərçivəsində girovları qəbul etməyə hazırlaşmaq əmri verilib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti Kan məlumat yayıb.
Qeyd olunur ki, sövdələşmə həqiqətən də təsdiqlənərsə, girovlar yaxın günlərdə İsrailə təhvil veriləcək.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (İDF) nümayəndələri xəstəxanaları yaxın günlərdə girovların mümkün qəbuluna hazırlamaq üçün Səhiyyə Nazirliyinin müvafiq rəsmiləri ilə görüşüb.
Hazırda Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə vasitəçi danışıqların raundu keçirilir. Söhbət mərhələli sövdələşmədən və Qəzzadakı girovların müqabilində İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsindən gedir.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Yanvar 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















