Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı keçirilib FOTO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İyulun 26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı keçirilib.
İdman.biz xəbər verir ki, yarışda ümumilikdə 17 dövlət qurumunu təmsil edən 47 iştirakçı bacarıqlarını sınayıb.
Yekun nəticələrə əsasən, qadınlar arasında “AzerGold” QSC-nin nümayəndəsi Nərgiz Alıyeva fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İkinci yerə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İlkanə Cəfərova, üçüncü yerə isə Mərkəzi Bankın nümayəndəsi Jalə Əsgərli layiq görülüblər.
Kişilər arasında Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Aydın Mirzəyev birinci olub. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Cəlal Bəşirov ikinci yerə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Fərhad Əliyev isə üçüncü yerə sahib olublar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 İyul 2025 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















