Icma.az
close
up
RU
Dövlət Reklam Agentliyi: Sahibkarlar reklam yerləşdirməzdən əvvəl Agentlikdən məsləhət almalıdırlar

Dövlət Reklam Agentliyi: Sahibkarlar reklam yerləşdirməzdən əvvəl Agentlikdən məsləhət almalıdırlar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Bu gün reklamların böyük hissəsi xarici dildədir. Dövlət Reklam Agentliyi olaraq heç bir sahibkarın marketinq və PR siyasətinə müdaxilə etmək fikrimiz yoxdur. Sadəcə istəyirik ki, Azərbaycan dili öz mövqeyini möhkəmləndirsin. Buna görə də bu istiqamətdə müvafiq işlər aparırıq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Lalə Abdullayeva Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel sessiyada çıxış edərkən deyib.

“Sahibkarlarla tövsiyə xarakterli danışıqlar aparırıq. Bildiririk ki, obyektin adı ingilis və ya digər xarici dildədirsə, yanında Azərbaycan dilində fəaliyyət istiqamətini bildirən yazı da əlavə olunsun. Məsələn, restoranın adı Çin dilindədirsə, onun mənasını başa düşmürük. Ona görə də tövsiyə edirik ki, həmin obyektin restoran olduğu Azərbaycan dilində qeyd edilsin. Bir neçə dövlət qurumu ilə də bu barədə görüşlər keçirmişik. Elə hallar olur ki, sahibkar vergi xidmətindən qeydiyyatdan keçir, öz adına əmtəə nişanı müəyyən edir və bundan sonra açıq məkanda, obyektin üzərində reklam yerləşdirmək istəyir. Bu zaman biz çətinliklə üzləşirik. Sahibkarlar Dövlət Reklam Agentliyinə müraciət etmədən reklam yayımlayır, bizdən ilkin məsləhət almadıqlarına görə sonradan problemlər yaşayırlar. Biz çalışırıq ki, aqressiv müdaxilə etməyək, yəni dərhal cərimə tətbiq etməyək, onları görüşlərə dəvət edək. Qanunvericilikdə də göstərilib ki, reklam hansı dildə olursa-olsun, əvvəlcə Azərbaycan dilində olmalıdır”, – deyə sədr müavini vurğulayıb. 

Müxbir - Günel Türksoy

Fotoqraf - Nicat Haşimov

Videooperator - Ceyhun Mustafayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri