Dövlət rüsumunda 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Büdcə zərfinə daxil olan layihələrdən biri də dövlət rüsumu ilə əlaqədardır. Burada 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Birincisi, azadolma hallarının vahid qanunvericilikdə toplanmasıdır. Hazırda dövlət rüsumundan azadolma halları çoxsatlı sahəvi qanunvericilik aktlarında da öz əksini tapmaqdadır. Məqsəd onların hamısını “Dövlət rüsumu haqqında” Qanuna toplamaqdır.
İkincisi, dövlət rüsumlarının geri qaytarılmasının e-rüsum altsistemi vasitəsilə təmin edilməsidir. “Dövlət rüsumu haqqında” Qanuna əsasən “e-rüsum” altsisteminin funksionallıqlarından biri artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və baxılmasıdır. Uyğunlaşdırma çərçivəsində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun sözügedən sistem vasitəsilə geri qaytarılmasını tənzimləyən dəyişiklik təklif olunub.
Üçüncüsü, “Baytarlıq haqqında” Qanuna əsasən hüquqi hərəkət və xidmətlərə tutulan dövlət rüsumu məbləğlərinə yenidən baxılmasıdır. Xüsusilə, baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun ləğvi, baytarlıq pasportunun verilməsinə rüsum məbləğinin artırılması, eləcə də baytarlıq ekspertiza aktının verilməsinə görə tutulan dövlət rüsumunun 2 dəfə azaldılması nəzərdə tutulur”, - Asif Qasımov qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















