Icma.az
close
up
RU
Dövlət şirkətlərində yeyinti baş verir Ekspertlərdən dəmiryolundakı vəziyyətlə bağlı açıqlamalar

Dövlət şirkətlərində yeyinti baş verir Ekspertlərdən dəmiryolundakı vəziyyətlə bağlı açıqlamalar

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən yenicə istifadəyə verilən Bakı-Balakən qatarı xidmətə başladığı gündən tənqid edilir.

Vətəndaşların ən çox narazı qaldığı əsas məsələlər sürət qatarının 3 saatlıq yolu mənzil başına 8 saata çatması və biletlərin olduqca bahalığıdır. 
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a deyir ki, burada qiymətlər xeyli aşağı olmalıdır:

"Azərbaycan varlı ölkədir. Optimal olaraq 1 adama maksimum 10 manat nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə qatarla səyahət etmişəm. Hətta, çox kasıb olan Şri-Lankada 2 dəfə daha çox olan məsafəyə biletlər daha ucuz satılır. Səfalət içində olan Hindistanda belə biletlər Azərbaycandan qat-qat ucuzdur. Sürət qatarı böyük sürətlə hərəkət etməlidir, hər yerdə dayanmamalıdır. Ən əsası da istehlakçılar xidmətdən razı qalmalıdırlar. Dəmiryolları ilə bağlı mənə istehlakçılardan müraciətlər daxil olur. Qatardakı servis vəziyyəti və qiymətlər onları ciddi narahat edir. Düşünürəm ki, Azərbaycan kimi varlı ölkəyə bu cür qiymətlər və çpx aşağı olan sürət yaraşmır". 
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Avropa ölkələrində qatarla gediş qiymətləri digər nəqliyyat vasitələrinə nisbətən ucuzdur:

"Bunu manatla hesabladığımız zaman bizimlə eyni qiymətə başa gəlir. Hətta bir az daha bahadır deyə bilərik. Bizim sürət qatarında standart yer 1 nəfər üçün gediş-gəliş 40 manat təşkil edir. Deyə bilərik ki, bu qiymət həmin nəqliyyat vasitəsinin maya dəyərini nəzərə alaraq təyin olunub. Qatarın xaricdən gətirilməsini və istismarına sərf olunan vəsaiti nəzərə almaq lazımdır. Biznes baxımından qiymətlər başa düşüləndir. Çəkilən xərclər bu cür çıxarılmalıdır.

Ancaq Azərbaycanda insanların gəliri aşağıdır. Avropa ilə müqayisə etsək, onların maaşlarının da qat-qat çox olmasını vurğulamaq lazımdır. Əsas problem budur. Həll yollarından biri dövlətin xərcləri öz büdcəsindən ödəməsidir. Dövlət şirkətlərində isə yeyinti baş verir. Dövlət şirkətləri öz xərclərini gəlirləri hesabına bağlaya bilmirlər".

Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri