Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət sirrini yaymaqda təqsirləndirilən Vüsal Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, Vüsal Allahverdiyevə Cinayət Məcəlləsinin 284.1-ci (Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Baxış sayı:64
Bu xəbər 14 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















