Icma.az
close
up
RU
“Dövlət tarixi əhəmiyyətli abidə kimi qorunur”

“Dövlət tarixi əhəmiyyətli abidə kimi qorunur”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakının memarlıq simasında məxsusi yeri olan binalara belə lövhələr vurulur

“Xalq qəzeti”nin yerləşdiyi (Nəsimi rayonu, Bülbül prospekti, 28) bina üzərinə vurulan məlumat lövhəsində bildirilir ki, redaksiyanın fəaliyyət göstərdiyi bu tikili yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur... Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən qorunması rəsmən elan edilən tikilinin fasadında bir neçə gün əvvəl qanunsuz metal konstruksiyalar quraşdırılaraq görkəminin dəyişdirilməsi isə yoldan ötüb – keçənləri, eləcə də 5 mərtəbəli bu binada fəaliyyət göstərən təşkilatların əməkdaşlarını təəccübləndirdi.

Paytaxtın mərkəzində, hamının gözü önündə yaşanan bu özbaşınalığın qarşısı yaxşı ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi ilə qısa müddətdə alındı, abidənin fasadına zərər yetirən metal konstruksiyalar söküldü. Eyni zamanda, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə tikilinin tarixi görkəminin bərpası istiqamətində zəruri addımlar atıldı.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov sözügedən məsələ ilə bağlı söhbətində bildirdi ki, paytaxtımızın tarixi binalarının fasadlarında, dam örtüklərində və bəzən, hətta zədələnmiş divarlarında müasir reklam lövhələrinin yerləşdirilməsi, tikililərə əlavələrin edilməsi cəhdlərinin qarşısı hər zaman olduğu kimi, bu gün də qətiyyətlə alınır. Çünki belə hallar diqqətdənkənar saxlanılarsa, şübhəsiz ki, tarixi abidələrin görkəmi pozular, onların orijinallığı və tarixi dəyəri azalar.

İ.Kərimov qeyd etdi ki, Bakı bu gün yalnız müasir göydələnləri və inkişaf etmiş infrastruktur layihələri ilə deyil, həm də zəngin tarixi – memarlıq irsi ilə diqqət çəkir. Şəhərin mərkəzində yerləşən bir çox bina XIX əsrin sonu və XX əsrin əvvəllərində tikilib. Bu abidələr təkcə Azərbaycanın deyil, həm də Qafqaz regionunun memarlıq tarixində özünəməxsus iz buraxıb. Onların qorunması isə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Həmsöhbətim bir müddət əvvəl Bakının mərkəzində, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin fasadına icazəsiz metal konstruksiyaların quraşdırılması cəhdinə də münasibət bildirdi: – Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi adıçəkilən binaya qanunsuz müdaxilənin qarşısını qısa zamanda aldı, binanın əvvəlki vəziyyətinə qaytarılması gerçəkləşdirildi. Bu fakt bir daha dövlət qurumlarının Bakının memarlıq simasının qorunmasına xüsusi həssaslıqla yanaşmasını göstərdi.

Qeyd edək ki, Bakı şəhəri Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, həm də Şərq və Qərb memarlıq üslublarını özündə birləşdirən nadir şəhərlərdən biridir. Bu irs təkcə yerli əhəmiyyət daşımır, həm də qlobal mədəniyyət xəzinəsinə böyük töhfə verir. Lakin müasir urbanizasiya, ticarət fəaliyyəti və kommersiya maraqları bir sıra hallarda tarixi abidələrin orijinallığına ciddi təhdid yaradır.

Memar Arif Əliyevin fikrincə, son illər paytaxtın tarixi binalarında müşahidə olunan əsas problemlərdən biri memarlıq abidələrinə əlavələrin edilməsi, eləcə də fasadlarda, dam örtüklərində, hətta zədələnmiş divarlarda icazəsiz reklam lövhələrinin yerləşdirilməsidir. Müasir vizual reklamların tarixi binalara uyğunlaşdırılmadan quraşdırılması isə onların memarlıq harmoniyasını pozur. Bu tendensiyanın bir neçə mənfi təsiri var. Birincisi, tarixi üslubda tikilmiş binanın üzərində parlaq, iri və uyğunsuz reklam lövhələrinin vurulması əsasən bədii dəyəri məhv edir. Bununla da tikili estetik baxımdan zərər çəkir. İkincisi, abidələrin görünüşündə sonradan edilən müdaxilələr onların ilkin memarlıq simasını dəyişməklə tarixi orijinallığı itirir. Nəhayət, ağır metal konstruksiyalar və böyük ölçülü reklam panelləri köhnə binaların daşıyıcı divarlarına əlavə yük salmaqla uzunmüddətli sabitliyə təhlükə yaradır.

Əslində, Bakının memarlıq irsi yalnız yerli ictimaiyyət üçün deyil, həm də şəhərə gələn turistlərdə xüsusi maraq doğurur. Məhz buna görə də tarixi binaların görünüşünü korlayan hər bir müdaxilə ölkənin turizm potensialına da mənfi təsir göstərir. Azərbaycan Respublikasının “Tarixi və mədəni abidələrin qorunması haqqında” Qanununa əsasən, memarlıq abidələrinin fasadında hər hansı dəyişiklik yalnız müvafiq qurumların razılığı ilə mümkündür. Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və aidiyyəti strukturlar mütəmadi olaraq monitorinqlər aparır. Lakin bəzi sahibkarların kommersiya maraqları naminə abidələrin görkəminə zərər vurmaları halları təəssüf ki, hələ də müşahidə olunur.

Son illərdə xüsusilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də şəhərin mərkəzi rayonlarında nəzarət tədbirləri diqqətdə saxlanılır. Bu, həm dövlətin məsuliyyətli mövqeyindən xəbər verir, həm də ictimaiyyətin maarifləndirilməsinin zəruriliyini göstərir.

A.Əliyev söhbətinin bu məqamında bildirdi ki, hazırda Azərbaycanda 6 min 300-dən çox tarixi – mədəni abidə var. Onun təxminən, 1800-ü Bakı şəhərində yerləşir. Keçən il aparılan son monitorinqlər nəticəsində 193 memarlıq abidəsində bərpa işlərinin həyata keçirildiyi, reklam və estetik görünüşü pozan konstruksiyaların söküldüyü vurğulanır. Bu göstəricilər ölkəmizdə tarixi irsin qorunmasına verilən diqqəti nümayiş etdirir. Lakin hələ də bəzi kommersiya qurumları icazəsiz müdaxilələrə yol verir. Qlobal təcrübə isə göstərir ki, bu kimi halların qarşısı yalnız hüquqi sanksiyalar, ictimai nəzarət və maarifləndirmə ilə alınır.

Beynəlxalq təcrübə

Dünyanın bir çox ölkələrində tarixi binaların qorunması ciddi qaydalara əsaslanır. Məsələn, Parisin mərkəzi rayonlarında yerləşən tarixi abidələrin üzərinə qanunla reklam lövhələri yerləşdirilmir. Yalnız xüsusi icazə ilə, müvəqqəti və müvafiq dizaynla bu, reallaşdırılır. Romada tarixi binaların fasadında dəyişiklik etmək üçün uzunmüddətli ekspertiza aparılır və yalnız bərpa məqsədli layihələrə icazə verilir. İstanbulda isə bənzər problemlərlə mübarizə aparmaq üçün müvafiq təşkilat fəaliyyət göstərir və tarixi binalarda dəyişiklik bu qurumun icazəsi ilə gerçəkləşdirilir. Azərbaycanın da bu təcrübədən yararlanaraq nəzarət mexanizmlərini daha da sərtləşdirməsi zəruridir.

Qeyd edək ki, bu məsələdə cəmiyyətin rolu və maarifləndirmə də mühüm önəm daşıyır. Ona görə ki, tarixi irsin qorunması yalnız dövlət qurumları ilə bərabər, həm də vətəndaş cəmiyyətinin və şəhər sakinlərinin məsuliyyətidir. Bir çox hallarda icazəsiz müdaxilələr məhz ictimai reaksiyanın gücü sayəsində aradan qaldırılır. Media orqanlarının, sosial şəbəkələrin və qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə istiqamətində atılacaq addımlar isə sahibkarların və bina sahiblərinin məsuliyyət hissini artırır. Çünki yuxarıda vurğulandığı kimi, abidənin qorunması təkcə dövlətin deyil, eyni zamanda, cəmiyyətin də borcudur.

Nəsimi rayonunda baş verən son hadisə isə göstərdi ki, respublikada dövlət qurumları tarixi binaların qorunmasına prinsipial yanaşır. Bununla belə, problemlərin kökündən həll olunması üçün 3 əsas istiqamətdə tədbirlərin gücləndirilməsi zəruridir:

– qanunvericiliyin tətbiqi sərtləşdirilməli, icazəsiz müdaxilələrə qarşı sanksiyalar artırılmalıdır;

– müasir şəhərsalma ilə tarixi irs uzlaşdırılmalı, reklamlar estetik baxımdan tarixi fasadlara uyğunlaşdırılmalıdır;

– ictimai maarifləndirmə daim diqqətdə saxlanılmalı və sahibkarlarda məsuliyyət hissi yüksəldilməlidr.

Bakı bu gün həm müasirlik, həm də qədimlik elementlərini özündə birləşdirən nadir şəhərlərdən biridir. Bu harmoniyanı qorumaq hər birimizin vətəndaşlıq borcudur. Tarixi abidələr yalnız keçmişin yadigarı deyil, həm də gələcək nəsillərə ötürüləcək milli sərvətdir. Onları qorumaq isə dövlətin və cəmiyyətin birgə vəzifəsidir.

Unudulan abidələr, yoxsa…

Mütəxəssislər bildirirlər ki, paytaxtda hələ də diqqətdən kənarda qalan, sökülmək, məhv olmaq təhlükəsi ilə üzləşən çox sayda memarlıq abidəsi var. Bu isə onu göstərir ki, tarixi binaların ciddi dəqiqləşdirilməsinə, bu sahədə mövcud siyahının yenilənməsinə ciddi ehtiyac duyulur. Eyni zamanda, bir sıra orijinal tikililər hansı səbəbdənsə tarixi irs siyahısına daxil edilmədiyindən sökülmək təhlükəsi ilə üz-üzədir. Buna görə də Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısının qısa müddətdə yenidən müəyyənləşdirilməsi zəruridir.

Xatırladaq ki, tarix və mədəniyyət abidələrinin son siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənib. Həmin siyahıda müvafiq proseduralar həyata keçirilməklə 6 min 308 tarixi mədəniyyət abidələrinin coğrafi koordinatları GPS vasitəsilə təyin edilərək, qorunması təşkil olunub. Eyni zamanda, Memarlar İttifaqı tərəfindən təklif edilən binaların da memarlıq abidələri qismində reyestrə daxil edilməsi istiqamətində müəyyən layihələr reallaşdırılıb.

Yeri gəlmişkən, son təsdiqlənən (2001-ci il) tarixi tikililərin sayı sovet dövründə qeydiyyata alınan binalar əsasında müəyyənləşdirilib. Lakin o vaxt abidələrin müəyən hissəsinin siyahıya salınması “unudulub”. Təəssüf ki, sonrakı mərhələdə, müstəqillik dövründə də məlum siyahı yenilənməyib və təxminən, 300-ə yaxın tarixi tikili “kənarda qalıb”. Tarixi binaların siyahıya alınmasında müəyyən yanlışlıqlara da yol verilib. Mütəxəssislər bildirirlər ki, sovet dönəmində tikilən beton binalardan biri dövlət əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya əlavə olunub. Yaxud İstiqlaliyyət küçəsindəki İsmailiyyə binası yerli, hansısa hamam isə dünya əhəmiyyətli abidə kimi qeydə alınıb. Heç bir məntiqə sığmayan belə bir bölgü ekspertlər tərəfindən subyektiv amillərə əsaslanaraq hazırlanıb. Digər bir misal. Şəhərdə hansısa bir tarixi bina sökülərək yerində yenisinin tikilməsi və üzərində “tarixi memarlıq abidəsi” lövhəsinin vurulması da təəccüblə qarşılanıb… Ümumiyyətlə, tarixi abidələrin siyahıyaalınmasında ümumi memarlıq, binanın tikilmə dövrü, fasadında memarlıq elementlərinin sayı, interyerləri və yerləşdiyi ərazinin strukturunun diqqətdə saxlanılması bu sahədə görülən işlər zamanı qarşıya mühüm vəzifə kimi qoyulub.

* * *

Bakı bu gün qədim və müasir üslubun nadir sintezini özündə əks etdirir. Tarixi abidələrin fasadlarına icazəsiz müdaxilələrin qarşısının alınması, belə tikililərə əlavələrin olunması yalnız lokal tədbir deyil, qlobal mədəniyyət siyasətinin bir hissəsidir. Parisdən Romaya, İstanbuldan Barselonaya qədər bütün dünya şəhərləri bu məsələ ilə üzləşir və hər biri özünəməxsus həll yolu tapır.

Azərbaycanın paytaxtı da bu təcrübədən öyrənərək, tarixi irsi yaşatmaqla yanaşı, müasir inkişafla balansı qorumağa çalışır. Çünki tarixi binalar yalnız keçmişin yadigarı deyil, həm də gələcək nəsillərə ötürüləcək milli kimliyin şahidləridir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri