Icma.az
close
up
RU
Dövlət və xalq üçün müqəddəs məqamlar: Onları dəyərləndirməliyik

Dövlət və xalq üçün müqəddəs məqamlar: Onları dəyərləndirməliyik

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər faşizm üzərində Qələbə günü- 9 May ətrafında və Qarabağda baş verən hadisələr, xüsusilə də işğal dövründə - ağır və çətinliklərlə dolu 30 il ərzində- hər birimizin nisgil, kədər,  qisas mənbəyimiz olan, beynəlxalq ictimaiyyətinin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” kimi tanıdığı,  bu gün isə artıq dirçələn, öz tarxində yeni şərəfli səhifə yazan Ağdam şəhərində Muğam Mərkəzinin, Dəmiryol Vağzalının, Avtovağalın açılışları  və s.  Azərbaycanı yenə də dünya mətbuatının diqqət mərkəzinə gətirib.

Əlbəttə ki, bu xəbərlər özümüzü və dostlarımız sevindirdiyi qədər düşmənlərimizi də mütəəsir edir, qəzəbləndirir. Bu mənada inanmıram ki, harada yaşamasından, cinsi, sosial və siyasi mənsubiyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, lap azca da olsa qəlbində bu ölkəyə, bu millətə bağlılığı olan kimsə bu hadisələrə görə sevinməsin.  

Məhz içimizi dolduran bu emosiyalar və bununla paralel olaraq, bəzi dost olmayan xarici mətbu orqanlarda, sosial şəbəkələrdə düşmənlərimizin və onların dəyirmanına su tökən bəzi naxələflərin, zatıqırıqlan açıqlamaları, rəyləri aşağıdakı fikirləri kağıza, daha dogrusu, kompüterin  monitoruna göçürməyə vadar etdi. 

Əvvəl ondan başlayaq ki, bu gün bu hadisələrin fonunda ölkədə olan hər bir xırda qüsuru, hər nöqsanı böyüdüb, sanki özünü vətəndaşlarımızın “qayğısına qalan” fədakar insan kimi göstərirmiş kimi pafosla hallandırmaq, mümkün problemləri bəhanə kimi istifadə edərək öz şəxsi maraqları naminə və əslində dolayısı ilə vətəndaşı olduğu dövlətin ziyanına təbliğat  kim istifadə etmək nə qədər düzgündür? 

Dünyanın hansı ölkəsində siyasi, iqtisai, sosial və s. problemlər yoxdur? Məgər, sizdən başqa ölkədə bu nöqsanları görən yoxdur, məgər başqaları qüsurlardan danışmır, tənqid etmir? Yüzlərlə qələm sahibi, ictimai-siyasi fəal tanıyıram ki, bu işləri şərəflə, vicdanla, əsas da odur ki, dövlətin mənafeyini hər şeydən üstün tutaraq edir. Amma onların sizdən fərqləri var. 

Birincisi odur ki, problemləri nə şişirdir, nə də kiçildirlər, olduğu kimi, öz evlərinin problemləri, öz şəxsi nöqsanları kimi qəbul edərək, bəzən hiddətlənir, bəzən təəssüf hissi keçirirlər, amma onların aradan qaldırılmasına çalışırlar. Qiybət etmir, evin içinin, ailənin sirrini qonşulara, xüsusilə fürsət düşən kimi bizi daim vurmağa çalışan qonşular və ya onların havadarları ilə bölüşmürlər, vay-şüvənlik, qara-qışqırıq salmırlar, dövlətimizin nüfuzuna xələl gətirmək hesabına olsa belə, özlərini tanıtmaq, yalançı “qəhrəman” kimi qələmə vermək, “xayp” üçün istifadə etmirlər. Bunu təmkinlə, sakit formada problemlərin operativ və təsirli həlli üçün müvafiq addımlar atırlar. Əksər hallarda da, hay-küy salanlara nisbətən ayrı-ayrı vətəndaşların şikayətləri, müraciətlərinə baxılması ilə bağlı məsələlərdə daha uğurlu nəticələrə nail olunur.  

Ölkədə əksəriyyət nöqsanları görür də, deyir də, amma eyni zamanda, əldə olunan uğurları, Azərbaycanın dövlət suverenliyinin tam bərpa edildiyini, 30 il ərzində qanunsuz fəaliyyət göstərən “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına atıldığını, artıq öz torpaqlarımıza qayıtdığımızı, bu torpaqların sahibi olduğumuzu və  bu torpaqlarda əbədi yaşayacağımızı, əldə edilən  nailiyyətləri də fəxrlə qeyd edir, dünyaya çatdırırlar. 

Amma sizlər hətta Azərbaycan torpaqlarının  işğaldan azad olunması ilə nəticələnən Zəfəri, suverenliyin bərpasının belə əhəmiyyətini azaltmağa, onu kiçiltməyə çalışırsınız. Qarabağda aparılan abadlıq-quruculuq işlərinə, bərpa olunan şəhərləri, kəndləri görməməzlikdən gəlirsiniz, Xankəndidə Qarabağ Universitetinin fəaliyyət başlamasından qürur hissi keçirmirsiniz, bütün işlərdə yalnız, təkrar edirəm yalnız qüsur axtarırsınız. 

Görün iş nə həddə çatıb ki, öz hikkələrini, öz xəbis niyyətlərini yürütmək üçün  Azərbaycana xələl gətirəcək narrativlərə, onun düşmənlərinin mövqeyinə uyğun fikirlər sərgiləyir. Dövlətimiz və xalqımız üçün müqqəddəs məqamları, dövlət rəmzlərini belə aşağılağılmaqdan utanmır, çəkinmirsiniz. Bizə kin-küdurət, nifrət bəsləyən dövlətlərə, ayrı-ayrı siyasi fiqurlara vəkillik eləməklə onlara “sədaqətinizi”, köləliyinizi, Azərbaycana əsl münasibətinizi nümayiş etdirmiş olursunuz.  

Yaxşı uğurları görmürsünüz, qeyd etmirsiniz heç etməyin, amma ölkənin uğurlarını qələmə alan, müxtəlif tribunalarda dünyaya çatdıran, beynəlxaql ictimaiyyəti məluamtlandıranları niyə ləkələməyə,  nüfuzlarına xələl gətirməyə çalışırsınız? Niyə onları “satqın”, “əqidəsiz”, “sifarişlə işləyən”, “göstərişlərlə oturub-duran” və s. kimi neqativ epitetlərlə aşağılamağa cəhd edirsiniz?

Əvvəla, şəxsən mən və mənim kimi çox sayda dostlar nə bu yazını, nə bu qəbildən olan digər yazıları göstəriş və sifarişlə yazırıq.  Buna görə heç bir ödəniş almamışıq və almırıq da.  Ümumiyyətlə, siz yəqin bilməzsiniz, Vətəni, dövləti sevməyə, ona xidmətə görə təmanna güdməzlər!

İkincisi, hər kimsə buna görə maaş və ya mükafat alırsa belə, burada qəbahət nədir ki? Nə vaxtdan vətəndaşı olduğu dövlətdən əməyinə görə ödəniş almaq günah sayılıb?  

Xarici mənbələrdən verilən qəpik-quruşa görə nəinki Vətənini, hətta ən əzizlərini belə satmağa hazır olanların kimlərisə qınaması o qədər gülünc o qədər iyrənc görünür ki… Hər halda lap elə öz ölkəsini bir az da dozundan artıq tərifləmək, müxtəlif xarici donorlardan və ən pis halda isə ayrı-ayrı dövlətlərin kəşfiyyat strukturlarına bağlı naməlun qurumlardan aldıqları pula görə xalqının, öz dövlətinin əleyhinə çıxmaqdan, böhtan atmaqdan, ləkə yaxmaqdan qat-qat daha şərəflidir. 

Məsələyə demokratiya və beynəlxalq hüquqi dəyərlər baxımından yanaşsaq, özünüzü “fikir və söz azadlıqlarının” “sərbəst toplaşmaq” və s. kimi hüquq və azadlıqların daşıyıcıları və mübarizləri hesab edirsinizsə, onda ən azı siz də digərlərinin fikirlərinə hörmətlə yanaşmalısınız. Yoxsa bu hüquqlar və azadlıqlar yalnız sizə münasibətdə keçərlidir? Bəlkə elə düşünürsünüz ki, hamı sizin kimi fikriləşməlidir? 

Sonda, bir çoxlarının, xüsusilə də aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olanların yaxşı bildiyi və bütün dünyanın inkişaf etmiş ölklərində, ilk növbədə də tez-tez istinad etdiyimiz Qərb ölkələrində tətbiq olunan siyasi mübarizə mədəniyyətinin, siyasi etikanın  əsas kompanentlərindən olan  bir fikri təkrarlamaq yerinə düşərdi: 

“Ola bilər ki, siyai baxışlar müxtəlif olsun, dövlətin iqtisadi, sosial, mədəni və s. inkişafı yollarına baxışlar fərqli olsun, ayrı-ayrı faəliyyətlərə tənqidi yanaşmalar sərgilənsin və s. bütün bunlar yalnız daxili siyasi mübarizə çərviəsində aparılmalı, əxlaqi prinsiplərə əməl edilməli və ən əsası da millətə sədaqət, dövlətin maraqlarına xidmət məfkurəsi ətrafında olmalıdır”.

Məhz məşhur islam filosofu əl-Fərabi "İhasu l-Ulum" (elmlərin təsnifi) əsərində elmləri sadalayarkən, əxlaq elmini ayrıca qeyd etməyərək, əxlaqi siyasətin bir girişi, bir qolu olaraq qeyd edib. Çünki siyasətin qarşısına qoyduğu əxlaqlı bir cəmiyyət insanlarla mümkündür.

Siyasi şərhçi Əhməd N. Abbasbəyli 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see274

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see166

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see159

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see136

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see134

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see132

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see132

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see131

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see130

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see129

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see129

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see126

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see125

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see125

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see123

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see122

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see122

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see121

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see121

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri