Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Soros Fondunu USAİD in taleyi gözləyir

Soros Fondunu USAİD in taleyi gözləyir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu, yalnız ABŞ üçün deyil, bütün dünya siyasəti üçün yeni mərhələnin başlanğıcı ola bilər

Yaxın zamanda “xeyriyyəçi” kimi tanınan və öz “xeyriyyəçilik” missiyası adı altında məkrli məqsədlər güdən - vaxtilə müxtəlif ölkələrdə “rəngli” inqilablar təşkil edən, siyasi çaxnaşmalar yaradan və dini-etnik müstəvidə münaqişələr təşviq edən Soros Fonduna qarşı ciddi tədbirlərin görülməsi gözlənilir. Belə demək mümkünsə, ABŞ-ın hazırkı administrasiyası sözügedən fondu cəzalandırmaq niyyətindədir. Artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb - ABŞ Ədliyyə Nazirliyinin yüksəkvəzifəli məmuru ən azı altı ştatın prokurorlarına ölkə Prezidenti Donald Trampın məsuliyyətə cəlb olunmasını tələb etdiyi milyarder və Demokratlar Partiyasının sponsoru Corc Sorosun fondlarının fəaliyyətini araşdırmağı tapşırıb. “The New York Times” nəşri Ağ Evin rəhbərinin müvafiq sərəncamının surətinə istinadən məlumat yayıb ki, sentyabrın 22-də ABŞ baş prokurorunun müavininin ofisindən olan hüquqşünas Todd Blanş belə bir göstərişi Kaliforniya, Nyu-York, Vaşinqton, Çikaqo, Detroyt və Merilend, eləcə də digər ştatların prokurorluqlarına göndərib. Qeyd edək ki, Donald Tramp bu yaxınlarda Ağ Evdə jurnalistlərlə söhbət zamanı Soros Fondunun rəhbəri Corc Sorosa xəbərdarlıq edib - o, bildirib ki, maliyyəçi Corc Sorosun və “LinkedIn”in həmtəsisçisi Rid Hoffmanın solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşəcəklər.  “Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir oğlan haqqında da eşidirəm. Əgər bu işləri maliyyələşdirsələr, problemlə üzləşcəklər”, - deyə Amerika lideri vurğulayıb. ABŞ-ın dövlət rəhbəri Corc Sorosu və onun rəhbərlik etdiyi fondu ölkədə sabitliyi pozmağa cəhd etməkdə günahlandırır - o, bir müddət bundan əvvəl “Fox News” telekanalına müsahibəsində Corc Sorosun ölkədə etiraz aksiyalarının təşkilində iştirakı ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu bəyan etmişdi. “Biz Sorosun arxasınca gedəcəyik, çünki düşünürəm ki, bu, ona və digər insanlara qarşı RICO (Cinayət təşkilatları haqqında qanun) işidir, çünki bunlar sadəcə etirazlardan daha çox şeydir, əsl iğtişaşlardır, bunlar küçə iğtişaşlarıdır”. Tramp, hətta öz “Truth Social” şəbəkə hesabında da Soros ailəsini cəzalandırmaq niyyətində qərarlı olduğunu bildirib.

C.Soros kimdir və onun fondu hansı fəaliyyətlə məşğul olub?

Qeyd edək ki, C.Soros adı bütün dünyada tanınan ABŞ milyarderlərindən biridir. Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada yerləşdirilib. C.Sorosun sərvəti 29 milyard $ məbləğində olduğu bildirilir. Amerikalı milyarder yanız sərvəti ilə şöhrət tapmayıb. İş adamı, eyni zamanda, “Soros” İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin o, ABŞ-ın Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının üzvü olub. Digər tərəfdən, C.Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir. C.Sorosun rəhbərlik etdiyi fondun fəaliyyətinə gəlincə, milyarder qısa müddət ərzində fondun dünyanın ayrı-ayrı ölkələrində geniş əhatə dairəsinə malik şəbəkəsini formalaşdırmağa nail olub. Təsis olunduğu 1984-cü ildən bu yana Soros Fondu müxtəlif ölkələrdə “xeyriyyəçilik” adı altında öz mərkli missiyalarının icrasına 14 milyard dollardan çox vəsait xərcləyib və fondun 70-dən çox ölkədə yerli ofisləri fəaliyyət göstərir. Soros Fondunun diqqət mərkəzində postsovet məkanı da prioritet olub - C.Soros və ona bağlı olan qurumlar “rəngli inqilab” ssenarilərini, həmçinin bu regionda da reallaşdırmağa çoxsaylı cəhdlər göstəriblər - otuz ildə “insan hüquqlarının müdafiəsi” adı altında regionda yerli QHT-lərə maliyyə vəsaitləri ayırıb. Təbii ki, bu vəsaitlər fondun regiondakı maraqlarının təmin edilməsinə hesablanmışdı.

Fondun maliyyə fırıldaqlığı

Bir çox mənbələrin dəqiq faktlar üzərində əsaslanan məlumatlarına görə, Soros maliyyə bazarlarında bütün fırıldaqlarını “Kvant” fond şirkəti ilə həyata keçirir. Bu kampaniya Karib hövzəsində yerləşən Kurasao adasındakı hollandlardan birinin adına qeydiyyatdadır. Bu, Soros qrupunun nəzarət etdiyi ən böyük fonddur. Sorosun maliyyə sahəsindəki uğurları iki cür izah olunur: İlk versiyaya görə o, bunu maliyyə bazarlarının gedişatına borcludur. Başqa versiyaya görə, o, dünyanın müxtəlif ölkələrinin yüksək səviyyəli siyasi, maliyyə və araşdırma qruplarının rəhbərlərindən aldığı məlumatlarla bank əməliyyatlarını həyata keçirir. Digər tərəfdən, Sorosun “nayomnıy menecer” də olduğu  qeyd edilir. Yəni beynəlxalq maliyyə bazarlarına nəzarət edən, ancaq kölgədə qalmaq istəyən qruplaşmalar öz planlarını Sorosun əli ilə həyata keçirirlər. Bu qruplaşmalar İngiltərədə, İsveçrədə və ABŞ-da fəaliyyət göstərir.

Tramp milli dövlətçiliyi qlobal şəbəkələrin planlarından üstün tutur

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Donald Tramp hazırda ABŞ-ın prezidenti kimi uğurlu addımlar atır və bu fakt qlobal siyasətdə böyük rezonans doğurur. Onun sözlərinə görə, Trampın hakimiyyətə gəlişi ilə həm daxildə, həm də beynəlxalq arenada sərt kursun bərpa olunduğu müşahidə olunur. “Tramp hər zaman açıq danışığı, sərt ritorikası və populist görünən, amma reallıqda milli maraqlara söykənən siyasəti ilə seçilib. O, ABŞ siyasətinə klassik liberal qrupların uzun illər qurduğu oyun qaydalarını dağıdaraq fərqli bir nəfəs gətirib. Soros kimi strukturlara qarşı qəzəbi isə təsadüfi deyil, çünki Tramp milli dövlətçiliyi qlobal şəbəkələrin planlarından üstün tutur. Hazırkı mərhələdə Trampın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, ABŞ ictimaiyyətinin böyük bir hissəsinin narazılıqlarını dilə gətirir və özünü “xalqın səsi” kimi təqdim edir. O, sərhəd təhlükəsizliyi, miqrasiya, milli iqtisadiyyatın gücləndirilməsi kimi məsələlərdə kompromissiz mövqedədir. Bu, qlobalist dairələrin planlarına zidd olduğu üçün Trampa qarşı hər zaman güclü kampaniyalar aparılıb. Lakin bütün təzyiqlərə baxmayaraq, onun populyarlığı azalmır, əksinə daha da artır”, - deyə T.İsmayılov vurğulayıb ki, Trampın prezidentliyi həm də beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərir. “O, Avropa ilə münasibətlərdə daha sərt mövqelər tutur, NATO daxilində maliyyə yükünün paylaşdırılmasını tələb edir. Çin və Rusiya məsələsində isə ABŞ maraqlarını qətiyyətlə müdafiə etməyi prioritet sayır. Orta Şərqdə, Cənubi Qafqazda və Asiyada Trampın siyasəti daha praqmatik, amma eyni zamanda sərt gücə əsaslanan yanaşma ilə fərqlənir”. Ekspert bildirib ki, Tramp Soros Fonduna qarşı çox doğru və düzgün mövqe tutub; Trampın Soros kimi fondlara qarşı kəskin mövqeyi də diqqət çəkir. Çünki bu fondların milli dövlətlərdə qarışıqlıq yaratmaq cəhdləri ABŞ daxilində də ciddi müzakirə olunur. Onun hakimiyyətində Soros Fondunun fəaliyyətinə məhdudiyyətlərin artması və hətta bağlanması ehtimalı realdır. Bu, yalnız ABŞ üçün deyil, bütün dünya siyasəti üçün yeni mərhələnin başlanğıcı ola bilər. Beləliklə, Trampın prezidentliyi həm daxildə milli identitetin qorunması, həm də beynəlxalq müstəvidə ABŞ maraqlarının qətiyyətlə müdafiəsi deməkdir. O, qlobal siyasətdə artıq mövcud oyun qaydalarını sarsıdan, yeni reallıqlar yaradan lider obrazında çıxış edir. Dünya siyasəti üçün bu, həm böyük risklər, həm də yeni imkanlar anlamına gəlir”.

Trampın mövqeyi barışmazdır

Politoloq Oqtay Qasımov qəzetimizə şərhində bildirib ki, Tramp Soros Fonduna və onunla eyni mövqeyi bölüşən təşkilatlara qarşı mübazirəni daha da sərtləşdirəcək. “Tramp sol görüşlü təşkilatlara, cəmiyyətlərə və fondlara qarşı barışmaz və sərt mövqe tutub. Bunlar arasında Soros Fondu və ona bağlı Açıq Cəmiyyət İnstitutu da var. Həm Soros Fondu, həm də Açıq Cəmiyyət İnstitutu dünyanın müxtəlif ölkələrində, hətta ABŞ-ın özündə belə bir çox radikal mövqeyə malik olan ictimai-siyasi təşkilatları maliyyələşdirib və bununla öz maraqlarını təmin etməyə çalışıb. Soyuq müharibə bitdikdən sonra Soros Fondu Şərqi Avropada və postsovet məkanında, habelə dünyanın müxtəlif coğrafiyalarında yerləşən ölkələrin daxili işlərinə müdaxilə etməyə, xüsusilə də həmin ölkələrdə “rəngli” inqilablar təşkil etməyə və hakimiyyət dəyişikliyinə cəhdlər edib”, - deyə O.Qasımov qeyd edib ki, 2017-2020 - ci illərdə Soros Fondu və USAİD-in təşkilatçılığı ilə ABŞ mediasında Trampa qarşı kütləvi şəkildə əks-təbliğat kampaniyası aparılıb; “Tramp hakimiyyətə qayıtdıqdan sonra USAİD-in və ona yaxın qurumların fəaliyyətinə xitam verildi. Radikal baxışlara meyilli olan media qurumlarına maliyyə yardımları dayandırıldı. Bu, çox düzgün bir addım idi. Tramp bu istiqamətdə addımlar atmaqda davam edəcək. Onun C.Sorosa və ona xidmət göstərən şəxslərə xəbərdarlığı ciddi mahiyyət daşıyır”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Sentyabr 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see127

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri