Dövlət vətəndaş cəmiyyətinin inkişafına öz dəstəyini əsrigəmir
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Qeyri-hökumət təşkilatları Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində uğurlu fəaliyyət göstərirlər. Sevindiric hal ondan ibarətdir ki, dövlət də öz növbəsində bu prosesdə maraqlıdır və vətəndaş cəmiyyətinin inkişafına öz dəstəyini əsirgəmir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 27 fevral Beynəlxalq QHT Gününün əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, vətəndaşın cəmiyyətin inkişaf etdirilməsi məqsədilə müvafiq qurumun yaradılması, Azərbaycan Respublikası Prezident Administrasiyasının tərkibində bu sahə ilə məşğul olan ayrıca şöbənin mövcudluğu, QHT layihələrinin zaman-zaman maliyyələşdirilməsi dövlətin vətəndaş cəmiyyətinin inkişafına yönəlik siyasətinin, dəstəyinin bariz nümunəsidir:
"Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, qeyri-hökumət təşkilatlarının müxtəlif sahələrdə həyata keçirdiyi layihələr həmin sahələrin inkişafına, QHT-lərin bu proseslərə cəlb edilməsinə, mövcud olan problemlərin vətəndaş cəmiyyətinin təşəbbüsləri ilə aradan qaldırılmasına yardımçı olur".
Arzuman Muradlı onu da deyib ki, ən vacib məqamlardan biri qeyri-hökumət təşkilatlarında sağlam rəqabət mühitinin olmasıdır:
"Eyni zamanda müstəqilliyin ilk illərindən fərqli olaraq artıq QHT-lər regionda öz maraqlarını təmin etməyə çalışan hansısa xarici təşkilatların maliyyə dəstəyi ilə dövlət maraqlarına qarşı çıxmır, milli donorlar, dövlətin dəstəyi ilə Azərbaycan dövlətinə, dövlətçiliyə xidmət göstərirlər".
Süleyman
Bu mövzuda digər xəbərlər:Hüquqi dövlət quruculuğundan vətəndaş cəmiyyətinin rolu
11 İyul 2025 11:02
“Vətəndaş tədbirin mahiyyətini anlayarsa, öz dəstəyini göstərər”
16 Noyabr 2024 11:43
Qlobal Cənub Forumunun vətəndaş cəmiyyətinin inkişafına müsbət təsiri olacaq
29 Aprel 2025 18:53
“Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib
09 Dekabr 2025 15:37
Sahibkarlığın inkişafına dövlət dəstəyi
28 Dekabr 2024 17:12
Baxış sayı:154
Bu xəbər 27 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















