Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi MƏBLƏĞİ
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 54 342 borcalana 3 milyard 500,519 milyon manat kredit verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 549,443 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 6 977 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















