Icma.az
close
up
RU
Dövlətçiliyin möhkəmlənməsi yolunda mühüm hüquqi və tarixi mərhələ

Dövlətçiliyin möhkəmlənməsi yolunda mühüm hüquqi və tarixi mərhələ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkəmizin müasir tarixində əldə etdiyi mühüm nailiyyətlərin və dövlətçiliyin əsas sütunlarının bir daha vurğulanmasına, ictimai və siyasi mühitdə möhkəmlənməsinə xidmət edir. Bu qərar həm hüquqi, həm də siyasi cəhətdən dərin məna daşıyır. Konstitusiyanın aliliyi və dövlət suverenliyinin tam bərpası ilə yanaşı, Azərbaycan dövlətinin illər boyu torpaq itkilərinin aradan qaldırılması və öz əraziləri üzərində hüquqi dövlət suverenliyinin tam bərqərar olmasının məntiqi nəticəsidir.

Bugünkü tarixi zəminin yaranması və dövlətin inkişafının hazırkı mərhələyə çatması xalqının və dövlətinin taleyini öz şəxsi taleyinin üstündə görən Ulu Öndər Heydər Əliyevin uzaqgörən xidmətlərinin nəticəsidir.

Hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi ilə xalqın və Vətənin taleyində mütərəqqi dəyişikliklər dövrü başlamışdır. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi və sosial siyasət nəticəsində 1970-ci ildə uzunmüddətli geriliyə son qoyulmuş, iqtisadiyyatın bütün sahələrində sabit, yüksək sürətli, dinamik artım əldə edilmiş, ordu quruculuğu istiqamətində gənclərin hərb sahəsinə yönəldilməsi, hərbi məktəblərin təsis edilməsi və əsası qoyulan uzunmüddətli məqsədlərə xidmət etmişdir. Məhz bu dövrdə Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəruri əsaslar - iqtisadi, mədəni, mənəvi və hərbi potensial yaradılmış, milli kadr problemi həll edilmişdir. O dövrdə iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əldə edilən tərəqqi, milli birliyə nail olunması, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoymuşdur.

1969-1980-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bütün bunlara görə cəsarətlə demək olar ki, bu gün Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi və mənəvi inkişafında qazanılan uğurların kökü məhz həmin illərə təsadüf edir. Sovet rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə Heydər Əliyev öz siyasi və mənəvi prinsiplərinə sadiq qalmış, yüksək vəzifədə işlədiyi illərdə, həmçinin 1991-ci ilə qədər təqiblərə məruz qaldığı dövrdə öz xalqının maraqlarını hər şeydən üstün tutmuşdur. Bu dahi şəxsiyyət o zamankı SSRİ və Azərbaycan SSR rəhbərliyinin təqiblərindən doğma yurduna geri dönüb, bu kiçik Vətən torpağını erməni işğalından qurtarmaqla yanaşı, Azərbaycan xalqının xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür.

Ulu Öndər 15 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçilməsi zamanı çıxışı zamanı qeyd etmişdir ki, “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır“.

Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi də sübut edir ki, hər bir xalqın, millətin tərəqqisində onun siyasi liderləri mühüm rol oynayır. Yəni, tarixi proseslərdə şəxsiyyətlərin xidmətləri böyük əhəmiyyət kəsb edir və buna görə də “Şəxsiyyətlər tarix yaradır” ifadəsi  əbəs yerə deyilməmişdir.

1993-cü ildə Azərbaycan parçalanmaq, bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini itirmək, dünya siyasi xəritəsindən bir müstəqil dövlət kimi silinmək təhlükəsi ilə üzləşəndə ölkəni bu təhlükədən məhz Heydər Əliyev xilas etmişdir. Ulu Öndər öz müdrik qərarları ilə ölkəni vətəndaş qarşıdurmasından, etnik toqquşmalardan, siyasi xaosdan xilas edən, bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyi bacaran böyük siyasətçi, həm də Azərbaycanın ağır dərdi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi diplomatik və hərbi səciyyəli addımlar atmaqla gələcək qələbələrimizin əsasını qoymuşdur. Dahi şəxsiyyət olduqca mürəkkəb vəziyyətdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla, həm də yeni, müstəqil, demokratik Azərbaycan dövlətinin memarına çevrildi.

1995-ci il Konstitusiyasının qəbulu ilə Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna əsaslı keçid etdi. Konstitusiya dövlət hakimiyyətinin mənbəyi kimi xalqın suveren iradəsini tanıyır, hüquqların təminatı, qanunun aliliyi və hüquqi dövlət prinsipləri Konstitusiyanın əsas sütunlarıdır. Konstitusiyaya sonrakı dövlərdə edilən dəyişikliklər bu sənədin daim yenilənən və cəmiyyətin inkişafına uyğunlaşan hüquqi baza olduğunu göstərir.

2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Azərbaycan dövlətinin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün bərpa edilməsi, şərəf və ləyaqətimizin simvolu olan üçrəngli bayrağımızın 30 il işğal altında inildəyən mənəviyyat və mədəniyyət paytaxtımız Şuşada, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə dalğalanması Ulu Öndərin memarı olduğu milli dövlətimizin sarsılmaz təməllərinə əsaslanır.

2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunması, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində dövlət hakimiyyətinin tətbiqi suverenliyin real bərpasının hüquqi və faktiki ifadəsidir. Bu hadisə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsi baxımından tarixi dönüş nöqtəsi olmuşdur. Artıq ölkə Konstitusiyası bütün ərazidə maneəsiz şəkildə tətbiq edilməklə qüvvədədir.

İlk dəfə olaraq Azərbaycan dövləti itirilmiş torpaqlar üzərində tam suverenliyini bərpa etmişdir. XVIII əsrdən etibarən Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər, Çar Rusiyasının ekspansiyası və sonrakı imperiya siyasəti nəticəsində Azərbaycan torpaqları mərhələli şəkildə zəbt edilmişdir. 1990-cı illərdəki Ermənistan-Azərbaycan müharibəsində işğal edilmiş torpaqlar bu uzunmüddətli tarixi faciənin davamı idi. Lakin 2020-ci il Vətən müharibəsi və ardınca keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan dövləti öz tarixində ilk dəfə olaraq hərbi-siyasi yolla itirilmiş ərazilərini tam qaytarmağa nail olub. Bu, təkcə ərazi qələbəsi deyil, Azərbaycan xalqının tarixi iradəsinin və milli kimliyinin təntənəsi idi. Bu nailiyyətlərin əldə olunmasında əsas rolu xalqın və dövlətin birliyi, intizamlı ordu və mahir sərkərdə missiyasını həm hərbi, həm də siyasət arenasında tam məharətlə ifadə və icra edən, xalqının və dövlətinin taleyini hər şeydən üstün tutan cənab Prezident İlham Əliyevin şəxsiyyəti oynamışdır. 

Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu, bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir. Sənəd sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Vaşinqton razılaşması çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Minsk Qrupunun ləğvi üçün ATƏT Baş Katibinə birgə müraciət etdilər. Zəngəzur dəhlizinə regional və beynəlxalq kontekstdə yeni münasibət diqqətçəkən məqamdır. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdən bəri müzakirə olunan 907-ci dəyişikliyin dayandırılması ilə bağlı qərar qəbul edildi. Azərbaycan Prezidenti bu qərarı “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi.  Bütün bunlar  sülhün hüquqi və iqtisadi əsaslarını təmin etdi.

Ədalətli sülhü qazanmaq asan başa gəlmir, tarixdə bir çox fakt var ki, ayrı-ayrı dövlətlər döyüş meydanlarında əldə etdiklərini danışıqlar masasında itirmişlər. Qazanılanı qorumaq asan məsələ deyildir. Məhz bu mənada dövlətimizin başçısının fəaliyyəti örnəkdir. Ədalətli sülhə nail olaraq qələbəni qorumaq örnəyi az-az təkrarlanan məsələdir. Ədaləti qorumaq, öz xalqının maraq və mənafelərinin müdafiəsində ardıcıl və prinsipial davranmaq müstəsna məharət tələb edir. Heç də hər liderdə bu məharət olmur. Xoşbəxtlikdən, Azərbaycanın dövlət başçısı məhz belə bir liderdir.

2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə çevrilib. Bu gün dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış addımları hər bir azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində isə ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən beş ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə vurğulamaq mümkündür. Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın bəhrəsidir ki, ABŞ Prezidenti Trampın dilindən “Xalqınız böyük xalqdır” iltifatını da eşitdik və bu inanılmaz dərəcədə qürurludur. Şübhəsiz, bu iltifat dəyər baxımından pik nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə etirafına imkan qazandıran  Prezident İlham Əliyevdir, onun üstün siyasi-diplomatik kursudur.

2020-ci il 8 Noyabr Zəfəri, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hər birimizin hədsiz sevincinə səbəb olmuş, 8 avqust 2025-ci il tarixi də öz möhtəşəmliyinə, yaşatdığı qürur və xoşbəxtliyə görə böyük əhəmiyyətə malikdir. Bu tarix son illərin uğur və nailiyyət silsiləsinin məntiqi davamı, müqəddəs və haqlı mübarizəmizin zəfərlə nəticələnməsinin dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edildiyi misilsiz məqamdır. Bütün bunlar Prezident İlham Əliyevin adı, fəaliyyəti ilə bağlı olan daha bir möhtəşəm hadisədir. 

Ərazi bütövlüyü Konstitusiyanın qoruduğu əsas dəyərlərdəndir. Dövlət suverenliyi yalnız hərbi və siyasi aspektlərlə deyil, qanunvericiliyin bütün ərazidə fəaliyyəti ilə təsdiq olunur. Qanunverici, icra və məhkəmə hakimiyyətinin Qarabağ və Şərqi Zəngəzurda bərpası konstitusion suverenliyin həyata keçirilməsi, Konstitusiyanın cəmiyyətin bütün sferalarında real işlək sənədə çevrilməsi dövlətin uzunmüddətli sabitliyini təmin edir. Konstitusiya normalarının işğaldan azad edilmiş bütün ərazi hüquqlarında tətbiqi sosial-iqtisadi və hüquqi islahatların aparılmasını da aktuallaşdırır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Bu mərhələdə ölkəmiz həm hüquqi baxımdan tam Konstitusiya əsaslı idarəetməyə, həm də siyasi və inzibati baxımdan suveren hakimiyyətini bütün ərazilərində icra edən güclü dövlətə çevrilmişdir. Konstitusiya və suverenlik - biri hüquqi təməl, digəri siyasi iradə - Azərbaycanın gələcəyini müəyyən edən iki əsas sütundur. Tarixi baxımdan isə bu mərhələ Azərbaycan dövlətçiliyinin müstəqillik tarixində ilk dəfə olaraq öz milli ərazilərinə tam nəzarət etməsi və suverenliyini real icra etdiyi dövr kimi tarixə düşəcək.

Mübariz Hüseynov,

Şəki Kommersiya Məhkəməsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Avqust 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see327

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see225

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see222

ABŞ dən generala zəng: Zelenskinin yerinə keçməsini istədilər, o isə imtina etdi

25 Avqust 2025 15:26see172

Rusiya MN in keçmiş rəisinin əmlakına həbs qoyuldu

25 Avqust 2025 17:08see152

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see141

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see134

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see134

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see134

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see131

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see130

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see129

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see128

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see125

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see124

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see123

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see123

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see122

Bu il məktəblər sentyabrın 20 i başlayacaq? DƏYİŞİKLİK GÖZLƏNİLİR

25 Avqust 2025 20:40see117

2026 cı ildə bəxti gətirməyəcək bürclər

25 Avqust 2025 23:59see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri